Şimali İrlandiyada yaşayan ailəsi ilə hamilə sevgilisini görüşdürə bilməyən 22 yaşlı ofisanta, bir müştəri yol pulu üçün 750 dollar bəxşiş verdi.

Texas ştatına bağlı Spring qəsəbəsində bir restoranda ofisiantlıq edən İrlandiyalı Ben Miller, xidmət etdiyi İrlandiyalı müştəri ilə söhbət edərkən iki ildən bəri ailəsinə həsrət qaldığını, həmçinin hamilə sevgilisini ailəsi ilə tanş etmək üçün yol pulu yığdığını dedi.

Bunun üzərinə Cefri adlı müştəri, 122.87 dollar gələn hesab üçün tam 750 dollar bəxşiş qoyub və qəbzə "Ümid Edirəm Ki, bu pul səni istirahət üçün İrlandiyaya aparar" yazıb.

Həm Ben Miller, həm də sevgilisi Taryn Keyt, bu böyük jesti Facebookdan paylaşaraq, doğulacaq oğulları Killian'ı gənc ofisiantın Şimali İrlandiyada yaşayan ailəsi ilə tanış etmə həyəcanını yaşadıqlarını bildiriblər.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri