Nərimanov parkında 18 yaşlı qız acından ayağa qalxa bilmədi FOTO
Nərimanov parkında qalan kimsəsiz gənc qız vətəndaşların diqqətini çəkib.Bu barədə sosial şəbəkədə məlumat verilib.

Vətəndaşlar günlərdir parkda oturan qızın vəziyyətinin pis olduğunu görüb ona yaxınlaşıblar. Məlum olub ki, 18 yaşlı qız acından ayağa qalxa bilmir. Onun sözlərinə görə, artıq bir neçə gündür ki, Nərimanov parkında gecələyir.

Sosial şəbəkədə gənc qız haqqında məlumat verən şəxs bunları bildirib.

"Bu qızı son 3-4 gündü Nərimanov parkında görürəm, bu gün yaxınlaşıb bir az söhbət etdim, acından skamyadan dura bilmirdi. Dedim gedək kafeyə, sənə yemək alım. Mənə yeriməyə halı olmadığını bildirdi. Dönər, kola alıb verdim. Sözlərinə görə, kimsəsiz uşaqlar evində böyüyüb. 18 yaşı olduğu üçün qanuna görə oradan çıxarıblar. Bir müddət kirayə qalıb, pulu verə bilmədiyi üçün 7-8 gündü evdən çıxıb, parklarda qalır".

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri