Nişanlısı məhəllədə şort geydiyi üçün qızı döydülər
İstanbulun Sarıyer rayonunda quldurlar nişanlısı şort geydiyi üçün bir gənc qızı və ailəsini döyərək xəstəxanalıq ediblər.

Evlərinin qarşısında nişanlısı ilə oturan Büşra D. nişanlısı evinə getdikdən sonra qohumlarının hücumuna məruz qalıb. Nişanlısının şort geyməsi ilə məhəllənin əxlaqını pozduğunu söyləyərək Büşra D.-nı döyən 4 şübhəli Mehmet D., Musa D., İsa D. və İsmail D. qızlarına köməyə qaçan valideyinlərini də xəstəxanalıq ediblər.

Polislər ailənin şikayətindən sonra 4 cinayətkarı tutsa da, ifadələri alınıb, sərbəst buraxılıblar. Təcavüzkarların sərbəst buraxılmasına üsyan edən Büşra D. və ailəsi isə "Qadının şort geyməsini ədəbsizlik olaraq görənlər artıq kişilərin geyiminə də qarışır. Bunlara göz yumulmamalıdır" deyərək yaşananlara sərt reaksiya göstəriblər.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri