Nokia 6, 4 GB RAM, 16 MP kamera və əlavə bir çox xüsusiyyətə sahib HMD Globalın ən yeni Android telefonu oldu.

HMD Global, şayiələr və fərziyyələ görə nəhayət ilk Nokia Android ağıllı telefonu bildirib. Nokia 6 adı verilən Android əməliyyat sistemli telefon Çində təqdim olunub və hələlik Çində yalnız jd.com üzərindən satışa təqdim olunacaq. Telefon 1699 Yuan (təxminən 440 AZN) kimi bir qiymətə sahib olacaq.

Nokia 6, üstündə 2.5d Qorilla Glass olan bir 5.5-düym Full HD ekran alır. Telefon alüminium tək parça korpusa sahibdir. Telefona, X6 LTE modemli bir Qualcomm Snapdragon 430 Soc güc verir. Yaddaş baxımından 4 GB RAM və 64 GB daxili yaddaş sahəsinə malik olan Nokia 6-nın sahib olduğu yaddaşı sahəsi microsd kart istifadə edilərək daha da genişləndirmək mümkündür. Telefon, ən son çıxan Android 7.0 Nougat əməliyyat sistemini işlədir.

Nokia telefonları daha əvvəldən kamera keyfiyyəti ilə tanınırdı. Bunu yadda saxlayaraq, Nokia 6, f/2.0 diafraqma 8 MP önə baxan kamera və f/2.0 diafraqma 16 MP arxa kamera ilə gəlir. Nokia 6-da batareya olaraq da 3000 mahlik bir batareya var.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri