"Qarabağ"ın ilk ev oyununda biletlərin qiymətləri açıqlandı
Çempionlar liqasının mərhələsinin ilk ev oyununda "Qarabağ"ın qarşılaşacağı "Roma"yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP - 50 AZN
Kateqoriya 1 - 20 AZN
Kateqoriya 2 - 10 AZN
Kateqoriya 3 - 5 AZN
Kateqoriya 4 - 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri