Qızmar hava davam edəcək - XƏBƏRDARLIQ
Hər kəsin diqqqətinə qızmar yay gəlir....

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

 Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

 Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək.

 Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq. 

 Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

 Havanın temperaturunun gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacağı gözlənilir.

Bizi Facebookda İzləyin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri