Ramil Quliyev bu dəfə medal qazana bilmədi - Video
Londonda keçirilən atletika üzrə dünya çempionatında 4x100 metr bayraq yarışının finalı keçirilib.

Türkiyə millisinə bu növdə uğursuz çıxış edib və 7-ci yer tutub.

Türkiyəni Ramil Quliyev, Yiğitcan Həkimoğlu, Cek Ali Harvey və Əmrə Zəfər Barnes təmsil edib. 3 gün öncə 100 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev bu dəfə medalsız qalıb.

Qızıl medalı Böyük Britaniya, gümüş medalı ABŞ və bürünc medalı isə Yaponiya qazanıb.

Qeyd edək ki, yarışda məşhur atlet Useyn Bolt karyerasının son yarışına çıxıb. Lakin, o, zədələnərək final xəttinə çata bilməyib və Yamayka millisi də medaldan kənarda qalıb.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri