Sabah (10 Avqust 2017) Üçün Olan Bürclər - Ulduz Falı
Mir.az gündəlik bürclər 10 Avqust 2017-ci il üçün olan bürcləri təqdim edir.

Qoç – ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. Informasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır.

Buğa – hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin. Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq.

Əkizlər – yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın.

Xərçəng – uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.

Şir – situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin.

Qız – çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərəalın.

Tərəzi – istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun.

Əqrəb – günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz.

Oxatan – çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyəhazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Oğlaq – ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. Indiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. Iradəli olun, əsla və heç bir halda geri çəkilməyin.

Dolça – imkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın. Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin. Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin.

Balıqlar – hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri