Sabah (17 İyul 2017) Üçün Olan Bürclər
Mir.az gündəlik bürclər 17 İyul 2017-ci il üçün olan bürcləri təqdim edi.

Qoç - iri alış-veriş etmək məsləhət deyil. Ümumiyyətlə, pullarınızı qoruyun. Öz əllərinizlə nə isə düzəltməyə çalışın, həm proses, həm də nəticəsi sizi sevindirəcək.

Buğa - bəzi hərəkətləri etməməlisiniz - bunu gözəl bilirsiniz, amma təəssüf ki, yenə də edirsiniz. Nə qədər intizamlı, ehtiyatlı olmağa çalışsanız da, həlledici məqamda emosiyalarınız sağlam düşüncəyə üstün gəlir.

Əkizlər - həyatınızda nəyisə kökündən dəyişməyə çalışmayın. Qoyun hadisələr öz axarı ilə davam etsin. Gündəlik məşğuliyyətlərdən aralanıb, şəraiti dəyişməyiniz xeyrinizə olar. Çalışın, vaxtınızın çoxunu açıq havada keçirəsiniz.

Xərçəng - təbiət qoynunda sakit istirahət üçün əla gündür. Planlarınızı sadələşdirin: tələskənlik və vurnuxmadan qaçın, təcili və çətin olmayan işlərin qulpundan yapışın. Günün ikinci yarısı pul, hədiyyələr ala bilərsiniz.

Şir - keçmişinizlə bağlı bir adam bu gün peyda ola bilər. Çox güman ki, buna o qədər də sevinməyəcəksiniz, amma keçən günlərin xatirəsi sizə bu günün reallıqlarını aydınlaşdırmağa kömək edəcək. Mürəkkəb problem barədə sakitlikdə, ayıq başla düşünsəniz, onun həllini asanlıqla tapa bilərsiniz.  

Qız - çox xoş gündür. Ürəyiniz yatan işlə məşğul olun: uğur qazanacaqsınız. Kommersiya fəaliyyətində, üstəlik, sizinçün tamamilə yeni olan bir sahədə bəxtiniz gətirə bilər. Sizin istedadlarınız və şəxsi keyfiyyətlərinizlə qürur duyanların sayı artır. Yeni bir eşq macərasının başlanması mümkündür.

Tərəzi -  bu gün yaranan məsələlərin üstündə çox baş sındırmayacaqsınız. İntuisiyanız çox güclüdür və düzgün cavabları sizə vaxtında deyir. Uşaqlarla ünsiyyət faydalı olacaq.

Əqrəb - müsbət tendensiyaların təsiri güclü olmasa da, bu gün baş verən hadisələr Əqrəblərə öz həyatlarına başqa nöqteyi-nəzərdən yanaşmağa və düzgün qərar verməyə kömək edəcək. Bu, yaxşılığa doğru ciddi dəyişikliklərin əsasını qoyacaq. İstədiyiniz nəticəni əldə etmək üçün zəhmət çəkməyə hazır olun: sizdən böyük fədakarlıq tələb olunacaq.

Oxatan - sizi çox xoş bir gün gözləyir. Şərait çoxdan ağlınızda olan planları reallaşdırmağa imkan verir. Üstəlik, sizə kömək etməyə hazır olan insanları da tez tapırsınız. İstənilən ziyafət, yeni tanışlıqlar faydalı olacaq. Dostlarınız da sizi yadlarına salıb qonaq gəlmək istəyəcəklər.

Oğlaq - günün ikinci yarısı günün ritmi sakitləşəcək. Amma əlinizi əlinizin üstünə qoyub oturacağınızı da güman etməyin. Yaxınlarınızın sizin diqqət və dəstəyinizə ehtiyacı var. Ailə tədbirlərində, birgə işlərdə iştirakdan imtina etməyin.

Dolça - bir az tələssəniz, işlərinizin hamısını görüb çatdıra bilərsiniz. Səhər açılandan iti tempə köklənin: tənbəllik və bekarçılıq üçün vaxtınız yoxdur. Görüşlər, sizin üçün faydalı ola biləcək insanlarla ünsiyyət üçün münasib gündür.

Balıqlar - səfərlər, xırda gəzintilər, ekskursiya üçün yaxşı gündür. Dünyagörüşünüzü genişləndirmək imkanlarını qaçırmayın. Yeni tanışlıqlar faydalıdır, amma köhnə dostlarınızı da unutmayın.

Bizi Facebookda İzləyin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri