SAĞLAM SPERMALARA SAHİB OLMAQ ÜÇÜN BU QƏDƏR YATMANIZ KİFAYƏT EDƏCƏK.
Daha möhkəm spermalar üçün yuxu nizamınızı dəyişdirin. Fertility & Sterilitydə aparılan araşdırmaya görə, 7-8 saatlıq bir yuxu, sperma sağlamlığınız üçün ən ideal olanıdır.

Çox yatmaq,spermalarınıza zərər verə bilər. Necə?

Daha möhkəm spermalar üçün yuxu nizamınızı dəyişdirin. Fertility & Sterilitydə aparılan araşdırmaya görə, 7-8 saatlıq bir yuxu, sperma sağlamlığınız üçün ən ideal olanıdır.

Təxminən 700 cütlüyün həyat vərdişləri 1 il boyunca təqib edilmişdir. Gecələri 6 saatdan az yatan kişilərin həyat yoldaşlarını hamilə buraxma nisbəti, gündə 7-8 saat yatan kişilərlə müqayisədə 31% daha az olduğu nəticəsinə gəlinmişdir.

9 saat və daha çox yatan kişilərdə də təhlükəli anlar yaşanmışdır. Hətta bu kişilərin həyat yoldaşlarını hamilə buraxma şansları 49% daha az olmuşdur.

Yuxu keyfiyyəti aşağı olan kişilərin, həyatın digər sahəsində də siqaret asılılığı, çox spirtli içki ya da çox kilolu olma kimi sağlamlıqsız vərdişlərə sahib olduğu da bildirilir.

Hər nə qədər analiz prosesi davam etsə də, araşdırmaçılar tərəfindən spermaların qorunması üçün 7-8 saat yatılması lazım olduğu təklif edilir.

Əgər ata olmaq istəyirsinizsə və pis yuxu vərdişlərinə sahibsinizsə, yuxu nizamınızı dəyişdirmək məcburiyyətindəsiniz. Çünki sperma hüceyrələrinin bərpası  üçün 72 günlük bir müddətə ehtiyac duyulur.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!

Facebook Şərhləri



Disqus Şərhləri