Səhər durmaqda çətinlik çəkənlərə faydalı tövsiyələr
Soyuqda oyanmaq onsuz da səhərlər çətin oyananlar üçün əməlli-başlı əzaba çevrilir. Bunun üçün də sizə səhər durmaqda kömək olacaq bəzi tövsiyələr hazırlamışıq. Ayıq-sayıq olun!

– Nahar fasiləsində gəzintiyə çıxın. Ümumiyyətlə təmiz havada mümkün qədər çox gəzin. Bununla siz sağlam yuxu və asan oyanmağınız üçün zəmin yaratmış olursunuz.
– Qaçışı və ya fitnesi axşama keçirin. Səhər qaçışlarını bahara qədər dayandırın. Qışda bununla axşamlar məşğul olmağa çalışın.
– Saat 20:00-dan sonra televizora baxmamağa çalışın. Elektron ekranlardan çıxan mavi işığın təsiri melatonin hormonunun yaranmasının qaşısını alır. Bu isə yaxşı yuxu üçün çox vacib olan hormondur.
– Yatmamışdan əvvəl şam və ya aromalampa yandırın. Düzgün seçilmiş yağlar sizdə yaxşı yuxu yarada vilər. Lakin yatmamışdan əvvəl şamı söndürməyi unutmayın.
– Yatmamışdan qabaq özünüzə səhər yeməyində nəsə dadlı bir şey yeyəcəyinizlə bağlı söz verin. Gecələr isə yeməyin. Səhər siz yüngül aclıq hissiylə oyanacaqsınız. Nəsə dadlı bir şey yemək düşüncəsi də tez yerinizdən qalxmağınıza səbəb olacaq.
– Yatmaq istəyirsinizsə yatmağa çalışın. Hətta çox tez olduğunu düşünsəniz də, bunu edin. Bir-iki saat əlavə yuxu sizi səhər daha gümrah hiss etdirə bilər.
– Pəncərəni açıq qoyaraq yatmağa çalışın. Bunu etdikdən sonra, daha rahat və gümrah yuxunuz olacaq.
– Zəngli saatı çarpayınızdan uzağa qoyun. Qapının arxasına və ya otağın uzaq küncünə qoyun ki, zəng çalan kimi onu tezbazar söndürüb, yenidən yatmaq imkanınız olmasın.
– Xoş musiqi sədaları altında oyanın. Qıcıqlandıran və qulaqbatıran melodiyalarla oyanmaq məcburiyyətində deyilsiniz.
– Səhər duran kimi bir neçə dəfə dərindən nəfəs alıb-verin.
– Qarşınıza böyük hədəflər qoyun. Belə olduqda, səhərlər durmaq üçün böyük motivasiya hiss etmiş olacaqsınız.
– Duran kimi bacardığınız qədər tez işığı yandırın. Bu sizi yuxu hiss etdirən melotoninin yaranmasının qarşısını alır. İşıq oyanmağınıza kömək olacaq.
– Səhər yeməyindən əvvəl mütləq su için. Bu çox sadə, lakin olduqca effektiv metoddur. Bu sadəcə oyanmağınıza deyil, həm də maddələr mübadilənizin yaxşılaşmasına kömək edəcəkdir.

Yayda rahat yatmaq üçün bunları edin

Yayda rahat yatmaq üçün bunları edin

Xüsusi ilə havasız gecələrdə

Havalar isindikcə yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.

Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.

Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.

Yatmamışdan öncə duş qəbul etmək də rahat yuxuya getməyə kömək edir. Əgər yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun.

Rahat yatmaq üçün bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, əgər yayda yuxu ilə bağlı aşağıdakı problemləriniz varsa onda həkimə müraciət edin:

-Yuxuya getməkdə çətinlik çəkir və ya keyfiyyətsiz yatırsınızsa,
-Necə saat yatmağınızdan asılı olmayaraq özünüzü səhər yorğun hiss edirsinizsə və ya yuxudan durmaqla bağlı probleminiz varsa,
-Yuxuda nəfəs almaqda çətinlik çəkirsinizsə,
-Gecə yatmamışdan öncə ayaqlarınızda ağrı, narahatlıq hiss edirsinizsə.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri