Şimali Koreya ABŞ-ın Guam adasına "raket atacağını" deyir
Şimali Koreya ABŞ-ın Sakit okeandakı Guam ərazisinə raket zərbələri həyata keçirməyi nəzərdən keçirdiyini bəyan edib.

Rəsmi mediada yayılmış bu bəyanat, prezident Donald Trump-ın Şimali Koreyanı "od-alovla" təhdidlərindən sonra verilib.

Şimali Koreyanın rəsmi informasiya agentliyi bildirib ki, ABŞ-ın strateji bombardmançı təyyarələrinin yerləşdiyi əraziyə -Guam-a orta məsafəli raket atmaq planlaşdırılır.

Son bəyanatlar iki ölkə arasında gərgin ritorikanı daha da artırıb.

BMT bu yaxınlarda Şimali Koreyaya qarşı iqtisadi sanksiyaları təsdiqləyib. Pxenyan bunu "suverenliyinin zorakı şəkildə pozulması" adlandırıb və ABŞ-a bunun "əvəzini ödəyəcəyini" deyib.

Kiçik, amma önəmli Guam

Kiçik, amma önəmli Guam

  • Sakit Okeanda Filippin və Havay arasında 541 kvadrat kilometrlik vulkan və mərcan adasıdır.
  • Əhalisi 163,000 nəfər olan ada "mütəşəkkil deyil"
  • ABŞ-ın hərbi bazaları adanın təxminən dörddə birini əhatə edir. Burada təxminən 6 min qulluqçu var və daha minlərlə hərbçinin köçürüləcəyi planları var.
  • Bura ABŞ üçün həyati əhəmiyyətli məkandır, çünki Cənubi Çin Dənizi, Koreyalar və Tayvan Boğazı kimi yerlərə çıxış verir.

BBC
Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri