CES 2017 sərgisi yalnız televizor, smartfon və robotların təqdim edildiyi bir tədbir deyil.

Burda həmçinin çox maraqlı konsept cihazlar da təqdim olunur. Fransanın kiçik bir şirkəti bu sərgiyə GraalPhone adlı qeyri-adi konsept cihazını təqdim etmək üçün gəlib. Sözügedən cihaz, 4-ü 1-də hesab olunur. Yəni onu həm smartfon, həm planşet, həm kompakt noutbook, həmdə 5 qatlı optik zoom özəllikli kamera kimi istifadə etmək olar. GraalPhone, Windows 10 və Android əməliyyat sistemləri vasitəsilə çalışır. Hal-hazırda şirkət işlək vəziyyətdə olmayan prototiplərə sahibdir. Bu konseptin ideyası belədir: İstifadəçi, bir-birindən asılı olmadan çalışan Android smartfona və Windows 10 əməliyyat sistemli kompüterə sahibdir. Aparatı korpusa yerləşdirən zaman isə GraalPhone, 7 inç-lik Android planşetə çevrilir.

Video

Bu rejimdə istifadəçi üçün iki ədəd kamera aktiv olur. Beləliklə istifadəçi 3D fotolar çəkmək imkanına sahib olur. Kənara açılan ekranın alt hissəsində isə touchpadxüsusiyyəti olmayan klaviatura yerləşir. Xarici görünüşcə GraalPhone qənaətbəxş deyil. Lakin buna baxmayaraq cihazın yaradıcıları nikbindirlər və bu ilin sonunda yada gələn ilin əvvəlində cihazın final versiyasını təqdim etməyi planlaşdırırlar. GraalPhone-nun qiyməti isə 800-1000 avro arasında olacaq. Konsept cihazın yaradıcıları bir sıra böyük smartfon istehsalçıları ilə əməkdaşlığa ümid edirlər. Hal-hazırda isə onların önündə ən vacib iş dayanır. Belə ki, onlar elə etməlidirlər ki, hər iki əməliyyat sistemi bir-birinə mane olmadan normal şəkildə çalışsın.

Bu Məzmuna Reaksiya Ver (ən çox 3 reaksiya)


Facebook Şərhləri