Stalinin ən dəhşətli “zarafat”ı- Bütün cangüdənlər öldürüldü
Bir zamanlar “millətlər atası” kimi tanınan, elə həmin millətlərin on minlərlə övladının ölümünə bais olan SSRİ lideri İosif Stalin tarixin ən qaranlıq şəxsiyyətlərindən biri olaraq qalır. Bu gün də SSRİ-ni öyrənmə institutları “Koba”nın şəxsiyyətini, onun psixoloji cizgilərini tam olaraq müəyyənləşdirə bilmirlər.

Bir zamanlar “millətlər atası” kimi tanınan, elə həmin millətlərin on minlərlə övladının ölümünə bais olan SSRİ lideri İosif Stalin tarixin ən qaranlıq şəxsiyyətlərindən biri olaraq qalır. Bu gün də SSRİ-ni öyrənmə institutları “Koba”nın şəxsiyyətini, onun psixoloji cizgilərini tam olaraq müəyyənləşdirə bilmirlər. Lenindən sonra hakimiyyətə gələn, 1953-cü ilə qədər 15 ölkənin həbsxanası sayılan bir ittifaqda diktatora çevrilən Stalin ölərkən yalnız bircə kiteli var idi. Amma bunu onun xarakterinin üstünlüyü yox, qəribəliyi kimi göstərə bilərik. Çünki insan faktoru, insan ölümü Stalin üçün adiləşmişdi. Müharibəni də əsasən, bunun hesabına qazandı. Belə ki, o, almanlardan fərqli olaraq, canlı qüvvələrə xəsislik etmir, elə bir ucdan insan axınını ölümə göndərirdi. Bir axın tələf olan kimi həmən yerini bir başqası doldururdu. Bu səbəbdən də müharibədə ən çox itki verən dövlət SSRİ oldu.

Stalinin qəribəliyini əks etdirən növbəti fakt da çox dəhşətlidir. Diktatorların qəribəliklərini, qorxularını araşdıran mütəxəssislər qrupu Stalin barəsində də bir neçə maraqlı nüansı qeyd ediblər. Onlardan ən qəribəsi isə Stalinin “zarafatı”dır.

Mir.az ona yaxın insanın ölümünə səbəb olan həmin “zarafatı”n tarixçəsini oxuculara təqdim edir:

Stalinin portretini araşdıran siyasi-psixoloqlar onun zarafatcıl biri olması barədə heç nə demir. Amma Stalin bir neçə dəfə sərsəm zarafatlara əl atıb ki, bu da, kimlərinsə ölümünə səbəb olub.   Stalin bir dəfə kabinetinə icazəsiz girən hər kəsin həmən öldürüləcəyi barəsində əmr verdi. Daha sonra isə əmrinin necə yerinə yetiriləcəyini yoxlamaq üçün tarixin ən sərsəm zarafatlarından birini etdi: otağına keçərək, zarafat edirmiş kimi acılar içində dəhşətli bağırtılarla bağırıb, boğulurmuş kimi səslər çıxarmağa başladı. Onun “nalə”sini eşidən cangüdənlər həmə kabinetinə daxil oldular. Stalini sağ-salamat görüb nə baş verdiyini öncə təxmin edə bilmədilər. Amma sonra bunun onlar üçün bir “yoxlama testi” olduğunu anladılar. Stalinin nəzərimdə onlar bu test”dən keçə bilmmişdilər. Odur ki, otağına daxil olan bütün cangüdənlərini güllələtdirdi. 

Bir “zarafat” bir neçə insanın acı ölümünə səbəb oldu…


Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri