'Tesla' şirkəti, avtomobil sənayesini necə dəyişdi?
29 İyul tarixində Elon Musk, yeni Model 3 avtomobilinin təqdimatını keçirtdi və bu seriyanın bir neçə avtomobilini ilk alıcılara təqdim etdi.

'Tesla' şirkəti, avtomobil sənayesini necə dəyişdi? | Technote

29 İyul tarixində Elon Musk, yeni Model 3 avtomobilinin təqdimatını keçirtdi və bu seriyanın bir neçə avtomobilini ilk alıcılara təqdim etdi. Bu təkcə “Tesla” üçün deyil, həmdə bütün avtomobil sənayesi üçün böyük hadisədir. Beləliklə Elon Musk-ın şirkəti bütövlükdə avtomobil sənayesini dəyişdirdi.

Avtopilot idarəetməsi:

2015-ci ilin Oktyabr ayında “Tesla” şirkəti ilk dəfə olaraqavtopilot sistemini təqdim etmişdi. Həmin vaxtda Elon Musk, insanları diqqətliolamağa çağırmışdı. Belə ki, bu cür səviyyədə olan avtopilot sistemi ilk dəfəşirkətin avtomobilinə əlavə olunurdu. Musk bildirmişdi ki, çox güman ki, bəziistifadəçilər onun sözlərinə qulaq asmayacaq və öz əllərini sükandan çəkəcəklər.Beləliklə o, insanların nəzərinə çatdırdı ki, bunu etməyi məsləhət görmür.Sanki Elon Musk hər şeyi öncədən görmüşdü. Belə ki, təqdimatdan bir neçə günsonra YouTube-da bununla bağlı videolar peyda olmağa başladı. Həmin videolardainsanların sanki tamamilə avtopilot sisteminin, idarəetməyə hakim olduğuavtomobildə əyləşdikləri əks olunmuşdu. Bəzi hallarda bu cür hadisələr, dəhşətlisonluqla bitir. Bu cür videolar onu sübut etdi ki, insanlara yeni və güclütexnologiya veriləndə onlar özlərini axmaq kimi apara bilirlər. Ən əsası isə buhadisə, avtomobil sənayesinin hansı səmtə doğru getmək lazım olduğunu göstərdi.Təbii ki, həmin vaxtda bütün dünya tamamilə funksional avtopilot sistemini görmədi.Həmin avtopilot sisteminin əsas funksiyası, Autosteer idi. Sözügedən funksiya,avtomobilin yola çıxmasından sonra onun, seçilmiş yol xəttində qalmasınayardımçı olur, sürəti idarə edir və digər avtomobillər ilə olan məsafəyə nəzarətedirdi.

Avtopilot sistemli avtomobillər təkcə Silikon Vadisinin “ağıllı”şəxsləri tərəfindən ağızdolusu danışılan elmi bir təcrübə deyil. Bu, avtomobilləringələcəyidir və Elon Musk, həmin gələcəyin adi insanlar tərəfindən hiss edilməsinəşərait yaratdı. Avtopilot sisteminin ilk dəfə peyda olmasından sonra digərböyük avtomobil istehsalçıları öz avtomobillərində yarıavtomatlaşdırma və yatamamilə avtopilot sisteminin reallaşdırılacağını elan etdilər. Məsələn, “General Motors” şirkəti,Cadillac CT6 modelinə Super Cruise sistemini əlavə etdi, “Mercedes-Benz” şirkəti, Drive Pilot, “Nissan”, ProPilot sistemləriniyaratdılar. Hətta “Audi” şirkəti qeyd etdi ki, yeni A8 modeli, 3-cü səviyyəliavtopilot rejiminə sahib olacaq. Bunlar yalnız bir neçə nümunələrdir. TeslaModel 3-ün satışa çıxmasından sonra belə bir sual yarandı: Avtopilot sisteminecə inkişaf edəcək? Keçən il “Tesla” şirkəti, kompüterləşdirilmiş görməqabiliyyəti sistemi üzərində çalışan Mobileye adlı startap ilə əməkdaşlığıdayandırdı və özünün avtopilot sisteminin yaradılmasına qərar verdi. Daha sonraElon Musk, bütün Tesla avtomobillərinin avtopilot sisteminə sahib olacağınıbildirdi. Tesla Model 3-ün təqdimatında deyilənlərə əsasən belə bir nəticəyə gəlməkolar ki, şirkət öz avtopilot sistemini təkmilləşdirdi və əlavə ödəniş vasitəsiləhəmin sistemi avtomobildə aktiv etmək mümkündür. Yaxın gələcəkdə bu cürsistem  bir çox nəqliyyat vasitələri üçünstandart halına gələcək. Mütəxəssislərin fikrincə artıq 2020-ci ildə biz,yollarda yarıavtonom və ya tamamilə avtonom sistemli avtomobilləri görə biləcəyik.Lakin həmin sistemə sahib avtomobili irimiqyaslı istehsalata cəlb edən şirkət məhz“Tesla” oldu.

Elektromobillik:

Avtopilot sistemi, bir çox avtomobil istehsalçılarını, özlərininyarıavtonom sistemi hazırlamağa məcbur etdi. Elon Musk-ın səyləri,elektromobilləri irimiqyaslı istehsalata cəlb etmək baxımdan bu sənayeyə eyni təsirigöstərir. Tesla Model  SX avtomobillərininuğuru, şirkətin, 56 milyard dollar qiymətində dəyərləndirilməsi, avtomobil sənayesininhansı yol üzrə inkişaf edəcəyini anlamağa imkan verir. “Tesla”nın bir sıra rəqibləri,elektrik sisteminə keçid ideyasını o dərəcədə mənimsədilər ki, hətta bubaxımdan onlar “Tesla”nı da geridə qoydular. Məsələn, “General Motors”, Model3-ün satışa çıxmasından bir neçə ay öncə özünün Chevy Bolt adlı elektrik avtomobilinitəqdim etdi. Hər halda Elon Musk-ın əlində bir sıra sürprizlər var. Çox gümanki, o bu 2 elektrik avtomobilin bir dəfə şarj olunma ilə nə qədər məsafə qəttedəcəyini müqayisə edəcək.


Keçən il “Tesla” bildirmişdi ki, onun avtomobili,346 km-dən çox yol qətt edə biləcək. Lakin nə qədər çox? Chevy Bolt, 384 km yolqətt etmək bacarığına sahibdir. Elektrik avtomobilinin baza modeli üçün bu cürməsafə yüksək göstəricidir. Lakin çətinki Elon Musk, rəqibin onu keçməsinəimkan versin. Analitiklərin verdikləri məlumatlara əsasən 2040-cı ilə kimidünyada satılacaq avtomobillərin 54%-i elektriklə çalışacaq. Bir neçə günbundan öncə Fransanın ətraf mühitin qorunması işinə baxan naziri bildirmişdiki, həmin vaxta kimi ölkə, yanacaq ilə çalışan avtomobillərə qadağa qoyacaq. Bucür ideyanı həmçinin İngiltərə də dəstəklədi. Bununla yanaşı “Volvo” şirkəti,2019-cu ilə kimi qazla çalışan avtomobillərin satışını dayandıracağınıbildirdi. Hamı “Tesla”dan nümunə götürür.

Dizayn:

İndiki gündə bir çox büdcəli elektrik avtomobillərinəbaxdıqda görmək olar ki, onların dizaynları heçdə cəlbedici deyil. Onların çoxuqəribə dizayn özəlliklərinə sahib kvadrat şəkilli hatchback-lərdir. Heç birelektrik avtomobili, Model S kimi eleqant deyil və Model X qədər təəccübləndirmir.Yeni Model 3-ü, “Tesla”nın 3 model avtomobili sırasında ən eybəcəriadlandırırlar. Bununla belə cəlbedici olmayan dizayn bir çoxlarını qorxutmadı vəonlar özləri üçün bu modeli almaq xatirinə 1000$-dan çox vəsait ödədilər.Elektrik avtomobilləri öz inkişaflarının hələ ilkin mərhələsindədirlər. Bunagörə də bu sahənin hələ yuxarı qalxacağı vaxtlar qabaqdadır. Keçən il elektrikavtomobilləri, ABŞ-da satılmış bütün avtomobillərin cəmi 1%-ni təşkil etdi. Birneçə müddət bundan öncə 2600 amerikalı arasında aparılmış sorğu nəticəsində məlumoldu ki, onların 60%-i hələ də elektrik avtomobillərinin varoluşundan ümumiyyətləxəbərsizdir.


Bir çoxları isə bu cür avtomobillərin uzun məsafə qətt etmələrinəvə onların hər zaman şarj məntəqələrini tapa biləcəklərinə şübhə iləyanaşırlar. Əgər elektrik avtomobili ilk istehsal edən “Ford” və ya “Nissan” olsaydı,onda insanlar onun barəsində belə ağızdolusu danışardılarmı? Məhz “Tesla”,elektrik avtomobilləri belə əla və arzuolunan etdi. Nəqliyyat vasitəsini, təkərlərəsahib planşetə çevirən “Tesla”, öz avtomobilləri ilə rəqib məhsulları müqayisəetməyə, alıcıları məcbur etdi. Nəticədə isə insanlar “Tesla” məhsulunu əldə etməküçün uzun növbələrə dayanmağa başladılar. Tesla avtomobilinin daxili interyerinənəzər yetirdikdə həmin dəqiqə “Apple” şirkəti yada düşür. İndiyənə kimi heç biravtomobil istehsalçısı öz avtomobilində mərkəzi cihaz panelini, 17 inç-likplanşetə əvəz etməyə risk etməmişdi. Belə ki, həmin avtomobil istehsalçılarınçiyinləri arxasında əsrlər boyu dayanan ənənələr var. “Tesla, bu cürtexnologiyaların inkişafda deyil, əsas yer tutan bir vaxtda yarandı” – deyə TheVerge saytının jurnalisti qeyd edib.

Proqram təminatı:


“Tesla” öz avtomobillərinin proqram təminatını, naqilsiz şəbəkəvasitəsilə yeniləyir. Beləliklə sənayenin digər təmsilçiləri, bu şirkəti keçməkdəçətinlik çəkə bilər və onların texnologiyaları köhnələ bilər. Məsələn, TeslaModel S, 5 il bundan öncə satışa çıxıb və həmin vaxtdan bəri yalnız bəziavtomobillər öz sistemlərini Wi-Fi vasitəsilə yeniləyirlər. Klassik avtomobilistehsalçıları, dilerlərdən və vasitəçilərdən asılıdır. “Tesla” isə insanlaraavtomobilləri özü birbaşa satmağa üstünlük verir. Texniki xidmət baxımından vasitəçilərəgüvənmək əvəzinə şirkət, avtomobildə bu və ya digər problemi aradan qaldıra biləcəksistem yenilənməsini özü təqdim edə bilər.

Gələcək:

“Tesla”, Silikon Vadisinin, avtomobil sənayesində necə vacibrol oynadığını göstərmək də vacib faktor kimi çıxış etdi. Belə ki, “Tesla”nınyaranmamasından öncə Silikon Vadisində yalnız bir neçə startap bu sahədə fəaliyyətgöstərirdi. İndi isə hər bir neçə aydan bir “Tesla”nın “potensial” rəqibiortaya çıxır. Faraday Future, Lucid Motors, NextEV və digər startaplar, ElonMusk-ın strategiyası üzrə getməyə çalışırlar. Onlar lüks səviyyəli elektrikavtomobilləri yaradır və istifadəçi bazası yığırlar. Daha sonra bütün vəsaitləri,kütləvi bazarda böyük imperiya qurmaq üçün xərcləyirlər. Elon Musk-ın özü bu səviyyəyəhələ yalnız bir qədər yaxınlaşıb. Onun, elektrik avtomobilləri sahəsindəirimiqyaslı istehsalat prosesi baxımından uğur qazanıb-qazanmayacağı bir çoxfaktorlardan asılıdır. Məsələn, onun şirkətinin, kütləvi istehsalat səviyyəsiniqaldırıb qaldırmayacağından.


“10 il bundan öncə Tesla-nı yaratmağımızın məqsədidəyişilməz olaraq qalır. Ekoloji nəqliyyatın yaranmasına start vermək üçün bizqısa zaman ərzində elektrik avtomobillərini kütləvi bazara çıxarmaq iztəyirik” –deyə Elon Musk, 2013-cü ildə bildirmişdi. Musk qeyd etmişdi ki, bizim indi “Tesla”nıgördüyümüz vəziyyətə gətirmək üçün o, çox böyük zaman və güc sərf edib. “Bizimilk məhsulumuz belə bir böyük uğuru qazana bilməzdi. Çünki biz həmin vaxtda heçvaxt avtomobil istehsalı ilə məşğul olmamış və irəli zamanda böyüməyə imkanıolmayan bir startap idik” – deyə Elon Musk bildirib. Elon Musk, sıfırdan yeniavtomobil brendinin yaranmasının mümkün olmadığı mifini tamamilə məhv etdi.Daha sonra o bu sənayeni elə dəyişdi ki, həmin sənaye onun gələcək haqqındakonsepsiyasına qulaq asmağa başladı. Sözügedən sənayeni ardıncaaparıb-aparmayacağı isə növbəti bir neçə ay ərzində baş verəcəklərdən və yeniTesla Model 3 haqqında rəylərdən asılı olacaq. Hyperloop və yeraltı tunellər oqədər də vacib deyillər. Əsas vacib olan, Model 3 ilə nə baş verəcəyini izləməkdir.Belə ki, məhz bu avtomobil, gələcəyin necə olacağını bizə göstərəcək.

Mənbə: Technote
Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri