Türkiyəli ginekoloqdan tez hamilə qalmaq üçün qadınlara MƏSLƏHƏT
Türkiyəli ginekoloq Seval Taşdemir qadınların daha tez hamilə qala bilməsinin yollarını açıqlayıb.

Qadın xəstəlikləri üzrə mütəxəssis sonsuzluq probleminin D vitamini azlığı ilə əlaqəli olduğunu irəli sürüb:

"Ana olmağı planlaşdıran qadınlar və ya hamilələr gündə 15-20 dəqiqə günəş vannası qəbul etməli, eyni zamanda yürüyüşə çıxmalıdır. Bu, yetəri qədər D vitami qəbul etmək üçün kifayət edir. Lakin hamilə qadınlar tətilə gedəndə kölgədə dincəlməlidir, günəşin altında maksimum 20 dəqiqə qalmaq olar".
Seval Taşdemirin sözlərinə görə, pəncərə arxasında dayanıb günəş şüaları qəbul etmək faydasızdır. Bunun bədənə heç bir xeyri olmur:
"Günəşdə daha çox qaldığımız zaman daha çox D vitamini qəbul etmirik. Bu, absurddur".
Həkim D vitamini çatışmazlığının son illərdə sonsuzluq və düşük probelmi olan xəstələrdə daha tez-tez rast gəlindiyini də bildirib:
"D vitamini çatışmazlığı yumurta ehtiyatına, yumurtanın keyfiyyətini və mayalanmasına mənfi təsir edir. Bundan başqa, mayalanmış yumurtanın ana bətnində qalmaq şansını da aşağı salır".

D vitamini çatışmazlığına qarşı balıq və süd

Həkim bildirib ki, D vitaminini qidalar vasitəsilə də qəbul etmək mümkündür. D vitamininin ən yaxşı mənbələri balıq, yumurta sarısı, qara ciyər, süd və süd məhsulları, taxıl kimi məhsullardır.
Seval Taşdemirin sözlərinə görə, süni mayalanma həyata keçirən qadınlar mütləq D vitamini səviyyəsinə nəzarət etməlidir:
"Xüsusilə 35 yaşdan yuxarı xanımlar D vitamini çatışmazlığından daha çox əziyyət çəkir. D vitamini müalicəsindən sonra süni mayalanmanın nəticələri daha uğurlu alınır. Odur ki, D vitamini bədənimizdə yalnız qanda kalsium miqdarını müəyyənləşdirən, bağırsaqda kalsium ifrazına kömək edən vitamin deyil. D vitamini bütün bədən immun sistemini təşkil edərək qrip infeksiyalarına müqaviməti artırır. Xərçəng heceyrələrinin mayalanmasına təsir göstərir, ürək və damar xəstəliklərini qarşısını alır".

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri