Universitetdəki yanğın söndürüldü: zəhərlənənələr var
Fövqəladə Hallar Nazirliyi (FHN) Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

***

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb. Onlar -  Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri