Yatağa girməzdən yarım saat əvvəl bunu için - XALQ TƏBABƏTİ
Dünyada milyonlarla insanın ortaq cəhəti olan xorultu yuxu zamanı tənəffüs borusunun qismən qapanması nəticəsində ortaya çıxır.

Xoruldamağı dayandırmaq üçün tənəffüs yollarındakı tıxanıqlığı açmaq lazımdır. Bunun üçün xalq təbabəti üsullarından istifadə edə bilərsiniz.

Soğan, adaçayı və buxar vannası xoruldamağı dayandıra bilər.

Soğandan yararlanmaq üçün böyük dilimlərə kəsin və 15 dəqiqə qaynadın. İçərisinə biraz qara şəkər əlavə edin və çay kimi için. Bunu yatmazdan 2 saat öncə tətbiq edin. Həmçinin, adaçayı yarpaqlarını suda qaynadaraq, yatmazdan əvvəl içə bilərsiniz.

Xoruldamaqdan xilas olmaq üçün yaxşı nəfəs almaq önəmlidir. Tənəffüs yollarını açmaq üçün buxar vannalarından yararlana bilərsiniz. İçərisinə evkalipt yağı qoyduğunuz qaynayan suyu vanna kimi istifadə etmək olar. Suyu bir qaba qoyun və dəsmalla bağlayın. Daha sonra üzünüzə bu dəsmalı qoyun və buxarı içinizə çəkin. Su soyuyana qədər davam edin.

Burundan nəfəs almağı asanlaşdıraraq, xoruldamağın qarşısını almaq üçün burnunuza duz məhlulu tətbiq edə bilərsiniz. Otaq temperaturunda su ilə yarım çay qaşığı duzu və biraz hidrogen karbonatı qarışdıraraq məhlul hazırlaya bilərsiniz.

Digər üsul isə evkalipt yağı və zəncəfilli qarışıqdır. Doğranmış zəncəfil kökünü evkalipt yarpaqları ilə bir stəkan suda 5 dəqiqə qaynadın. Çay soyuduğunda için və ardınca 2 yemək qaşığı aloe jeli qəbul edin. Bu müalicə metodunu yatağa girməzdən yarım saat əvvəl tətbiq edin.

Daha maraqlı mövzular üçün Facebook səhifəmizi Bəyənin

Bu Məzmuna Emoje ilə Reaksi̇ya Ver!


Həmçinin oxuya bilərsiz!

Facebook Şərhləri



Disqus Şərhləri