Englishen

Ne sevgili istenilir,ne dost... Bu yerler insanin dunyadan azad olub ozu ile tek qaldigi yerlerdir.
Post image
Bəs siz ən son oxuduğunuz kitabdakı hansı cümlənin altından xətt çəkib, işarətlədiniz?
#Səssizsətirlər
Təfəkkürün Qüsurlu Körpüsü

Sükut bəzən səslərin daşıya bilmədiyi həqiqətləri yığır içinə. O, gözlə görünməyən, lakin hiss olunan bir məkandır — zəkanın içindəki zərif körpülər kimi. Hər başlanğıc bir cümlə kimidir: qurulur, davam edir, amma bəzən yarımçıq qalır. Baxmayaraq ki, təməl düşüncəylə atılıb, üst qatları ehtimallarla, duyğularla, çırpınan tərəddüdlərlə dolur.Zamanla bu körpülər sarsılır. Bəzilərinin dayaqları heç qurulmadan sıraya düzülür, bəziləri isə öz yükünü daşımaq iqtidarında deyil. Nə qədər səliqə ilə işlənmiş görünürsə-görünsün, boşluq daşıyan fikirlər sonda çökür.
Dərinləşdikcə, hər şey daha aydın olur. Səbəbsiz görünən sükunətin içində qəribə bir nizam gizlənir. Təfəkkür yalnız mövcud fikirlərlə deyil, onların arasında qalan səssiz yerlərlə formalaşır.
Post image
• Qollarınızı insanlara çox açmayın, yoxsa sizi də çarmıxa çəkərlər.🌸

✍🏻Fridrix Nitşe
Post image
#Səssizsətirlər
"Gözləmədiyim Yerdə"

– Hər şeyə sahibsən?
– Xeyr... Amma heç nəyə möhtac da deyiləm.
– Bu necə olur?
– Gözləməyi buraxdığım gün, əlimdə olanları görməyə başladım.
– Yəni xoşbəxtlik sadəcə... orada idi?
– Həmişə oradaydı. Sadəcə mən gəlməsini gözlədiyim üçün görə bilmirdim.
– Sən heç nə istəmirsən indi?
– İstəklər yoxdursa, qırılan ümidlər də olmur. Qırıntı olmadan da yaşamaq olurmuş.
– Elə asandırmı bu?
– Yox. Amma azad olmaq üçün ağır olanı seçməlisən. Mən də gözləməyi buraxdım... və elə o gün içimə sükutla dolan bir xoşbəxtlik gəldi.

"Bəzən gözlədiyin gəlməz... gələn isə səndən heç nə gözləməz."

~𝑺𝑰𝑴𝑼𝑹𝑸
Post image
Düşüncən yoxsuldursa, digər zənginliklər səni xilas edə bilməz

Anooşirvan Miandaji
Post image