#SəssizSətirlər
Şəfqətlə sarılan səhifələr

+Səni anlamaq gündən-günə çətinləşir. Günlərlə otağa qapanıb yalnız xəyallarla ruhunu bəsləyir, bədənini isə çarəsiz buraxırsan.

— Elə mövzu da bu deyilmi? İnsanlar anlamadıqları zaman, xəyal dünyalarından uydurduqları ilə yollarına davam etməyə məcbur qalırlar. Bəzən bu, öz yazdıqları təsəlli dolu sətirlər, bəzənsə sadəcə beynin bir oyunudur.

+Bunları bildiyin halda, yəqin ki, sonunun necə bitəcəyini də bilirsən. Bəs bunu bilə-bilə niyə edirsən özünə?

— Çünki məcburam. Məni anlamayan insanlara dərd danışmaq zərərdi. O dəftərdəki hər damla mürəkkəb isə dərman qədər sağaldıcıdır. Bu dünyadan ayrılmaq isə... təəssüf ki, qeyri-mümkündür.

Bəzən sükuta sığınmaq və qəlbini kağıza tökmək, dörd bir yanı təhlükə ilə dolu okeanda sığınılmış liman kimidir...

"𝑺𝑰𝑴𝑼𝑹𝑸"
Post image