#SəssizSətirlər
Cümlənin yarısında ilişib

+Mən sənə heç nə demədim. Sadəcə baxdım... Üzündəki susqunluğa, gözlərindəki "keçdi" deyən yalana. Amma içimdə qopmaqda olan fırtınanı sən bilmədin.

— Bəzən insanlar susmur, sadəcə deyəcəyi heç kim qalmır. Çünki izah istəyən yoxdursa, sözlər də anlamını itirir.

+Səninlə danışmaq istədim. Sadəcə bircə dəfə, səni günahlandırmadan, özümü müdafiə etmədən. Sadəcə içimi açmaq üçün. Amma... o zəng heç vaxt alınmadı.

— Bu dəstək burda niyə hələ də asılıdır bilirsən? Çünki söhbət yarımçıq qaldı. Sözlər deyilmədi. Niyyətlər bitmədən dayandırıldı.

+Mən danışsaydım, sən eşidərdinmi? Yoxsa səsim də o sükutun içində itib gedərdi?

— İndi susuram. Amma bu səssizlik razılıq deyil. Bu səssizlik: “deyəcək çox şeyim var, amma artıq lazım deyil” deməyin səssiz formasıdır.

"𝑺𝑰𝑴𝑼𝑹𝑸"
Post image