Yoxluqdan varlıq formu qazanıb və sonra varlıqdan yoxluğa qərq olmayı necə dəyərləndirirsiniz. Sizcə sizə vahiməli, qorxunc, ürküdücü gəlir yoxsa zatən dünyəvi qurtuluş üçün cənnətin olması və yaxud yoxluğun olmasının sizə bir fərq kəsb etmir? Və ən azından bunların bir cavabı sizə gorə hələ olmasa belə bir varlığı, potansiyal övladlarınızı hər zaman yoxluğa qərq etməyiniz sizcə fayda verərdi? Məsələn David Benatar - "Doğulmaq bir zərərdir. Ən yaxşı hal heç var olmamaqdır. Ona görə də, uşağım olmaması ona verə biləcəyim ən böyük yaxşılıqdır."
Heçlikdə heç nə yoxdu. Amma cavabsız suallarla belə yaşamaq insanın əsl gücüdür.
Əgər heçlik daha doğrudursa, niyə bu qədər söz, bu qədər fəlsəfə, bu qədər "çıxış axtarışı"var?
Deməli, insan təkcə var olmayıb həm də var olmaq istəyib. Və bu istək, sadəcə bioloji yox, mənəvi bir sübutdur
Çünki əksər hallarda insan ölmək istəmir, sadəcə belə yaşaya bilmir.
Mənə görə, xilas əzabı uzatmaq yox, başqa yolun da mümkün olduğunu göstərməkdir.
Çünki insan çox vaxt ölmək yox, dəyişmək istəyir amma onu dəyişəcək anı hələ yaşamayıb.
Bu eqoizm deyil, insanlıq və şəfqətdir.
Çünki həyat tək fərd üçün deyil, onunla əlaqə qurub sevənlər üçün də mövcuddur.
Bəzən o, yalnızlıqda yox, eşidilməkdə boğulur.
Dərdlərini istehza ilə qarşılamaq, həll deyil, yalnız yalnızlığı dərinləşdirir.
Empatiya olmadan həqiqi dəstək mümkün deyil.
Amma bu, səbəbi yox etmir sadəcə səssizləşdirir.
İnsanlıq halınızı qəbul edənlər ola bilər, amma onu daşımağa qalan çox azdır.
Sizə isə yalnız anlayış deyil, dayaq lazım idi.