Divarların Arxasında
Hər insan, görünməyən bir memardır.
Keçmişindən kərpiclər yığıb, gələcəyinə divarlar hörür.
Bəzən özünü qorumaq üçün,
bəzən heç kim içəri girməsin deyə.
Zaman keçdikcə o divarlar yüksəlir,
və içimizdə bir şəhər yaranır –
qapalı, işıqsız, səs-küylü bir şəhər.
Orada itirilmiş arzular dolaşır,
yarımçıq qalmış cümlələr pıçıldayır.
Və biz, hər səhər eyni küçədən keçib,
eyni xəyalı təkrar-təkrar izləyirik:
Sanki nəyəsə çatacaqmış kimi.
Amma heç yerə getməyən yollarla...
Post image