✨#Səssizsətirlər
İstidə Soyumayan Vicdan
— Mən çörək oğurlamadım...
— Bəs nə etdin?
— Bir yay günündə, susuzluğum aclıqla qarışanda, nəfəs ala bilmədiyim çarəsizliyə əl uzatdım.
— Sən öz iradənlə qərar verdin.
— Əgər insan istidən yanırsa, kölgəni seçməsi günah sayılırmı?
— Amma qanun deyir ki, oğurluq oğurluqdur.
— Bəs qanun heç istidə bir övladın gözlərinə baxıb susuzluq çəkibmi?
— Sən hələ də özünü haqlı sayırsan?
— Mən yalnız yaşamaq istədim… çünki aclığın hökm sürdüyü bir yayda, mənə yalnız bir dilim çörək qədər həyat lazım idi.
— Bəs vicdanın nə deyir?
— Deyir ki, azad iradə — seçimin olduğu anda doğulur...
Bəzən yayda nəfəs almaq belə günah sayılırsa,
azadlıq yalnız kölgədə yazılmış bir yalandır...
Məcburiyyətin təlkin etdiyi Azad iradə əsla azad ola bilməz. Təkamülü olaraq azad deyilik zatən, kodlarımız bizi kuklanı oynadan kuklacı kimi idare edir
bəs vicdanın özüdə bizə anadan olandan bəri aldığımız təlqinlərdən ibarətdirsə, o vicdanı özümüzə xas etmək nə qədər azaddır? Məncə təkamülü olaraq azad iradə olaraq verdiyimiz qərarlar çox azdır. fikirləşirik ki yaşayıram çünkü azadam ancaq əslində proqramın səndən əvvəl o qərarı vermişdi.
Siz deyirsiniz ki, qərarlar əvvəlcədən yazılıb, vicdan təlqindir.Bəs o zaman, susmaq mümkünkən içimizdə yaranan mübarizə nəyin səsidir?Azadlıq hər şey proqramlandığı deyiləndə belə, içimizdə “bəlkə deyil” deyən səsdir.
Mənim hələki bildiyimi güman etdiyim şey, iradənin özünün determenist bir sistem tərəfindən hərşeyi öncədən planlaşdırmasıdır. insanın yaxşı vicdan tanımladığımız anlayışı böyük əksəriyyətlə genetikanın determenisyasıdır.
Mən belə düşünürəm, məsələn deyelim bir ailənin iki övladı var hansı kı bu ailə təriflənən, İsmət sahibi bir ailədir, birinci övlad pis, ədəbsiz, pis əməl daşıyan olur, ikincisi isə ondan tamam muxtar respublika, onun tərsi olur.
Ola bilsin birinci övladın genetik pis cəhədi ona 2-3 nəsil qabağın yada birinci dərəcəli qohum genetiklərindən ötürülsün, məsələn baba, nənə, dayı, əmi,xala,bibi və sairə, mən demək olar xasiyyət anlayışını genetik əsaslara söykənirəm
Məncə bu artıq özünü həddindən artıq dərk etməkdən irəli gəlir, biz bizə necə desək default bəxş edilən şeyləri qıra bilir və dəyişə bilirik, ola bilsin genetika ilə ötürülən o xasiyyət insanın özünü yetərli dərk etməsindən sonra dəyişilə bilir.
Məsələn ola bilər ki, mühit də onu elə formalaşdırsın pis vərdişlərə ancaq , müşahidə etdiyim qədər bu 1 yaşlı uşaq da görmüşəm, hansı ki digər uşaqların saçını dartır, vurur , incidir, və buna həzz ilə gülür.
hərşey bizim həyatda qalıb, ali məqsəd olan nəsil artımı davam etdirə bilmək üçün qabaqcadan planlaşdırılmış, məqsədləşdirilmişdir. vicdan dediyimiz anlayış belə yeri gəldikdə mühitə uyğunlaşaraq, yaxşı əməl ya pis fərq etməzcə səni həyatda qalmağa sövq edəcək.
az öncə qeyd etdiyim kimi, məncə bizə ilkin ötürülən həyatda qalma instinktlərini, davranışlarını bir müddət sonra özümüzü dərk etməklə dəyişə bilirik, təbii ki bu artıq insanın özünü yetərli şüuraltı dərk etməsindən sonra baş tutur.
çox istisna hallarda determinist iradəmizin ahəngindən imtina edib, azadlığa çıxırıq, bu zaman isə öz əleyhimizə getdiyimiz üçün sistem bizi məhv edə bilir.
Azadlıq, sistem üçün Anarxiyadır, hansı kı bədənimiz beyindən mərkəziyətsiz qərarlar icra etsə bu zaman uğursuz nəticə əldə etmiş olar. əslində azadsız İradə hansı kı tamamən insan özünə öz sisteminə buraxır və öz şüuraltını sisteminə dexlisiz qərarlar verməyə məcbur etmirse əslində bu çox xeyirlidir
Baxın, insan nə qədər öz şüurunu avtomatik işləyən həyatda qalma instinktləri üçün istifadə etsə, bir o qədər həyatda qala bilməsi, intahar etməməsi, və xoşbəxt olmağı üçün çox vacibdir, əks təqdirdə biz normalda təkamülün bizə verdiyi şüuru vəzifəsindən dexlisiz şeylərə işləməyə məcbur edirik.
Əslində inkişaflar bir növ yaxşı oldu, ya məsələn ömrümüzü uzatdı bizi mühitdən daha təhlükəsiz etdi, amma bərabərində bu azadsızlıqdan az çıxdığımız üçün bizə kədəri, hüznü gətirdi. Biz artıq ətrafınızı başa düşürük, dərk edirik deyə kədərlənirik, bir-birimizə işkenceler edir , xətər törədir
əslində, tamamən azadsız olan iradəninin yolu ilə getsəydik, bu qədər özümüzü dərk etməz və özümüzə bu qədər zülüm verməzdik, şüuraltımızın ilkin inkişafından sonra artıq o bizə lənətlər gətirməyə başladı, mən həmişə kaş demişəm ki 20-30 il ömrümüz olardı daha təhlükəli belkede yaşayardıq.
Ancaq ilkin şüuraltımız vasitəsilə heyvanlar özümüzü dərk etməz, suallar verməz, bir-birlərimizə həyatda qalmaqdan savayı, xətər törətməz, ən əsası isə xoşbəxtliyi dərk etməyən xoşbəxtlər olardıq. Ən vacibi intahar etməzdik.
Bəli ancaq bəzi ilkin şeyləri dəyişib azad iradə ilə əvəzləyə bilsək belə yenədə bəzi ilkin azad olmayan İradələr var ki onları heç cür dəyişə bilmirik, ac qalmaq, yatmaq, mayə qəbul etmək, və sare ilaxır, əsasən insanın yaşaması üçün onun təbii ehtiyacları, hansı ki bunlar olmadan insan yaşayammır.
Şərhlərə yanıt verib mesaj yazdıqda mesaj göndərilsə belə görünmədiyi üçün tək tək yazmalı oldum. Ümid edirəm hansı mesajlara cavab olaraq yazdığım sizə aydın oldu.
Azad iradə həqiqətən var mıdır? əgər qərarlarımız genetik, təkamülü, tərbiyədən irəli gəlirsə azad iradələrimiz nə qədər mühüm rol oynayır. düşünün kü bir insan acından ölmək üzrədir kimdənsə çörək oğurlayır və onu tutuqlayırlar. burada o insanın nə dərəcə də azad iradəsi var idi? məcburiyyətin təlkin etdiyi azad iradə nə qədər azaddır?
Nermin Ismayilova
— John M. Longston
Nermin Ismayilova
Gülnaz Şıxəliyeva
Nermin Ismayilova
İstidə Soyumayan Vicdan
— Mən çörək oğurlamadım...
— Bəs nə etdin?
— Bir yay günündə, susuzluğum aclıqla qarışanda, nəfəs ala bilmədiyim çarəsizliyə əl uzatdım.
— Sən öz iradənlə qərar verdin.
— Əgər insan istidən yanırsa, kölgəni seçməsi günah sayılırmı?
— Amma qanun deyir ki, oğurluq oğurluqdur.
— Bəs qanun heç istidə bir övladın gözlərinə baxıb susuzluq çəkibmi?
— Sən hələ də özünü haqlı sayırsan?
— Mən yalnız yaşamaq istədim… çünki aclığın hökm sürdüyü bir yayda, mənə yalnız bir dilim çörək qədər həyat lazım idi.
— Bəs vicdanın nə deyir?
— Deyir ki, azad iradə — seçimin olduğu anda doğulur...
Bəzən yayda nəfəs almaq belə günah sayılırsa,
azadlıq yalnız kölgədə yazılmış bir yalandır...
~𝑺𝑰𝑴𝑼𝑹𝑸
onda niyə bəziləri eyni genlərlə zülm edir, digərləri isə qarşı çıxır?
onda demək ki, təkamül yox, seçim də bu hekayədə söz sahibidir.
onda eyni qanı daşıyan biri niyə öz genlərinə yox, öz yoluna sadiq qalır?
bəs niyə bəziləri böyüdükcə incitməyə deyil, anlamağa meyil edir?
niyə bəziləri yaşamaq bahasına belə doğru bildiyindən dönmür?
onda niyə bəziləri yaşamaq şansını rədd edib doğru bildiyi yolda ölür?
deməli azadlıq, o sistemin belə nəzarət edə bilmədiyi yeganə həqiqətdir.
bəs niyə bütün inkişaflar, sistemə qarşı çıxanların sayəsində baş verdi?
mən isə şüur varsa, təkcə yaşamaq yetməz deyirəm.
elə bu özü azad iradənin varlığına ən güclü sübutdur.
ehtiyaclar qarşısında seçim edə bilmədiyinə inanmaqdır.
amma elə bu kədər azadlığın insana verdiyi ən insani hissdir.
amma təhlükəsizlik uğrunda mənanı itirmək yaşamaq deyil, sadəcə mövcud olmaqdır.
sadəcə hiss etmədən var olmaqdır.Yəni nə üçün yaşadığını bilmədən yaşamaq.
BAYTARI
alper acaz
Janis Darçın
Nermin Ismayilova
Şəhrizad Əlizadə
Şəhrizad Əlizadə