Españoles

Yoxuq əslində dünyada,varıq sanırsız? Başlanğıcla sona yaxınlaşırıq...
#Səssizsətirlər
"Qaynayan Sükut"

+ Bu səssizliyi çox adam qorxulu sayar.
– Onlar səsin içində yaşamağa öyrəşib, düşünməyə yox.
+ Mən səssizliyə çay dəmlədiyim vaxt alışdım.
– Elə çay da bu saatlarda başqa cür qaynayır.
+ Bəli... sanki su da düşünür.
– Və buxar pəncərəyə toxunanda, içindəki qırılmış xatirələri göstərir.
+Gecənin dərinliyində, qaranlıq bir mətbəxdə, yalnız bir işığın altında səssizcə içini isidəcək bir fincan hazırlayan insan – özü başlı başına bir hekayədir.

"𝑺𝑰𝑴𝑼𝑹𝑸"

GECƏNİZ XEYİRƏ QALSIN 🤍
Post image
Merhaba sinan akyüz, Ben amir: savaşın unutulan cocugu sitede var mı?
Dilucu "necəsən?" soruşub getmə,
Dayan, izah edim, necəyəm indi.
Dağılmış binayam, sökülmüş yolam,
Toz altda boğulan küçəyəm indi.

Hesabdan yaxşısan, hələ gəl otur,
Mən də sual verim, tənliyini qur.
İkidən bir çıxıb sonra birə vur,
Hesabla, tap görüm, neçəyəm indi?

Ürəyim inanmır ürək sözümə,
Bir ucuz ölüm də gülmür üzümə.
Sənsiz bütün gecə özüm-özümə,
Səni xatırladan gecəyəm indi.

Xəzər Süleymanlı
Sadəcə kitab oxumaq bəs etməz insana. Bəzən meydan oxuya bilməli: özünə, həyata, dünyaya….

–İnsanı Yaşadan Nədir?, Lev Tolstoy
Post image
Sonunda boğulmaq olsa da, o sularda üzməm gərək...