✨Hər şey yaxşı olacaq.
(Milli Qəhrəman Hökümə Əliyevanın xatirəsinə hitabən)
Bütün dünya o an dondu. Təyyarənin qanadları sanki göy üzündə bir təbəssüm yaradır, amma içindəki qorxu hər tərəfi bürüyürdü. Gözlər hər şeyin sonunu görə bilmir, sadəcə bir müddət ərzində həyatın ağırlığını daşıyırdı. Hər anın içində ölümün soyuq nəfəsi hiss olunurdu, amma bir söz vardı: “Hər şey yaxşı olacaq.” Bir cümlə, tək bir arzu. Həyatın qaranlığında bəlkə də ən parlaq işıq.
Təyyarə havada bir neçə dəqiqəlik sükunət içində səyahət edərkən, insanların qəlbində nələrsə dəyişdi. Arzular, xoşbəxtliklər, sevdiklərinə söylənməyən son sözlər... Hamısı göyün arxasında itirdi izini. Amma o anın içində bir şey vardı – o cümlə: “Hər şey yaxşı olacaq.”
Nermin Ismayilova