Yoxluqdan varlıq formu qazanıb və sonra varlıqdan yoxluğa qərq olmayı necə dəyərləndirirsiniz. Sizcə sizə vahiməli, qorxunc, ürküdücü gəlir yoxsa zatən dünyəvi qurtuluş üçün cənnətin olması və yaxud yoxluğun olmasının sizə bir fərq kəsb etmir? Və ən azından bunların bir cavabı sizə gorə hələ olmasa belə bir varlığı, potansiyal övladlarınızı hər zaman yoxluğa qərq etməyiniz sizcə fayda verərdi? Məsələn David Benatar - "Doğulmaq bir zərərdir. Ən yaxşı hal heç var olmamaqdır. Ona görə də, uşağım olmaması ona verə biləcəyim ən böyük yaxşılıqdır."
Yoxluq qorxulu deyil, amma boşdur. Varlıq risklidir, amma iz buraxmaq imkanı verir.Benatar ağrıdan qoruyur, amma məncə:Potensial acıya görə potensial möcüzədən imtina ən böyük itki elə budur.
sizin nəzərdə tutduğunuz birəz ekzistensialistliyə gedir. Amma kainatın və tanrının sualları boş qoyduğu həyatda necə insan başqa dünyəvi mənalar axtarıb tapa bilər ki? bu mənalara kim cavabdehdir kim sorğuluyan şüuraltına cavablar verir. heç var olmamaq heç iz buraxmamaq heç nə kədər nə xoşbəxtlik
Əgər Tanrı və kainat susursa, bu sualların mənasızlığı deyil cavab yaratmaq məsuliyyətinin bizə ötürülməsidir.
Heçlikdə heç nə yoxdu. Amma cavabsız suallarla belə yaşamaq insanın əsl gücüdür.
Bir növ Camusun absurdizm felsefesi kimi absurdu qəbul edib həyata qarşı üsyankar kimi yaşamaq, hecbirimiz istəmədik həyat bəxş edilsin bizə amma çare yoxdur bu səbəbdən mənanı yəni ölümə qədər baş qadıb yaşamaq mı gərək, əgər bu edilməsə o zaman ölümə qədər oyalanmaq çox çətin gələr
Hətta bəşər özü belə ölümü ona biçilen ömrə qədər təxirə salmaz, dərhal indi niyət edər, varoluşculuğ bu yöndən daha faydalı ola bilər, çünkü varlıq formumuzla artıq edə biləcəyimiz heçnə yoxdur, Nihilist insan həmişə tıxanır qalır ölümü artıq təxirə salmaq istəmir.
Bəli, biz həyatı seçmədik. Amma seçmədiyimiz bir şeyi necə bu qədər dərindən sorğulaya bilərik?
Əgər heçlik daha doğrudursa, niyə bu qədər söz, bu qədər fəlsəfə, bu qədər "çıxış axtarışı"var?
Deməli, insan təkcə var olmayıb həm də var olmaq istəyib. Və bu istək, sadəcə bioloji yox, mənəvi bir sübutdur
Başqa bir müzakirə mövzusu olaraq, sizcə intahar edən birini xilas etmək etik cəhətdən düzgün, faydalı olardı mı, buna təşəbbüs göstərən fərd zatən acılarının, izdirablarına artıq qatlana bilmir və son qoymaq istəyir və xilas edən adam onu yenə acılara əzablara bilavasitə qərq etmiş olur.
Məncə, intihardan xilas etmək, yaşamağa məcbur etmək deyil qərarı ağrıyla yox, aydınlıqla verməsi üçün insana zaman qazandırmaqdır.
Çünki əksər hallarda insan ölmək istəmir, sadəcə belə yaşaya bilmir.
Amma o insana zaman qazandırmaqla yenə bu insana bərabərində izdirab və əziyyət qatırıq. İntahar planlaşdırılmış bir əməldir fərd bunun üstündə aylarla hətta illərlə çalışır, hər dəfəsində özünə zaman qazandırmaq istəyir ancaq özünə qazandırdığı tək şey acısı olur.
Bəli, intihar planlı ola bilər, amma ağrı ilə verilən qərar həmişə doğru olmur.
Mənə görə, xilas əzabı uzatmaq yox, başqa yolun da mümkün olduğunu göstərməkdir.
Çünki insan çox vaxt ölmək yox, dəyişmək istəyir amma onu dəyişəcək anı hələ yaşamayıb.
Şəxsin ailəsi onun xilaskarı olduğumuz üçün bizə teşekkür edir , minnətdarlıqlarını bildirirlər, Biz bu əməlimizlə fərdin əleyhinə ancaq onu sevənlərin öz şəxsi eqoizimlərinə xidmət etmiş ola bilərik, çünku qəsd etmiş şəxs üzerinden ona maraq besleyen insanların maraqlarına xidmət etmiş oluruq mənc.
Onu sevənlərin minnətdarlığı insanidir, amma xilas etmək həm fərdin, həm də sevənlərin haqqıdır.
Bu eqoizm deyil, insanlıq və şəfqətdir.
Çünki həyat tək fərd üçün deyil, onunla əlaqə qurub sevənlər üçün də mövcuddur.
Yada insan sadəcə intahar edən fərdi xilas edərək öz vicdanı eqoizmini qidalandırır, evə getdikdən sonra vicdanı peşmançılıq çekmesin deye bunu edir, bu zaman yenə o insan düşünülmür yenə o öz yalnızlığına çarəsiz qərq olmuş olur. Belkede o insanın tək amalı orada yoxluğa qərq olub tamamən unutulmaq
Vicdanın səsini eşitmək insaniyətdir, amma mənim üçün xilas etmək insanın unudulmaq yox, dinlənilmək ehtiyacını görməkdir.
Bəzən o, yalnızlıqda yox, eşidilməkdə boğulur.
Əsl səbəb əslində problem və ya insanlar deyil bunlar sadəcə vasitələrdir. Anlaşılmamaq və dinlənilməmək bu hadisənin əsl səbəbkarı olan özək səbəbləridir.
Məncə intahar acıya taqətsizlikdən əlavə bir növ cəzalandırma, yaxud insanın öz yalnızlığına maraq çəkməkdir. Hətta ölümdən sonra bunları bilmeyecek olsa belə arxada iz buraxıb canlı varlığı ilə dəyər görməyib, ölü bedeni ile deyer görmə isteyidir.
bəzən intihar bir çağırış "görünməyən" varlığın son çarəsi ola bilər.Lakin görünmək istəyən birinin əsl ehtiyacı ölüm yox, duyulmaqdır.Canlıkən dəyər görməyən insan, ölümlə yox, bircə dəfə dinlənilməklə dəyişə bilərdi.
Bu mövzuda fikir bildirmək asandır amma bu hadisəyi yaşayanın nələr hiss etdiyini bilmək üçün yalnızca empatiya qura bilirik. O anda nələr baş verdiyini yaşamadan tamamilə bilmək qeyri-mümkündür
Əksinə fərdə empatiya ilə yanaşmaq praqmatik hərəkətdir, çünkü o haradasa bir təsdiq gözləyir, çox insan bunun mahiyyətini dərk etmir əksinə tənqid edici küt yanaşma ilə dərdlərini istehza ilə küçümsəyir hətta düşünürlər ki necə bir insan bu qədər kaos içinde bu xırda şeyi özünə dərd edə biler e.
Empatiya tənqid deyil, anlamaqdır.
Dərdlərini istehza ilə qarşılamaq, həll deyil, yalnız yalnızlığı dərinləşdirir.
Empatiya olmadan həqiqi dəstək mümkün deyil.
Heçkəs qarşısında ətdən divar istəməz, sadəcə qarşısında çaresizliyinə acizlik kimi baxan insan yox, onu insanlıq halı kimi qəbul edən insan istər, mən varoluş izdirabı çeken birisiyem qarşımdakının bir balaca empatiyası belə mənə izdirabımı o an keyidə bilir.
Sizi anlayıram, bir az empatiya o an üçün iztirabınızı keyidə bilər.
Amma bu, səbəbi yox etmir sadəcə səssizləşdirir.
İnsanlıq halınızı qəbul edənlər ola bilər, amma onu daşımağa qalan çox azdır.
Sizə isə yalnız anlayış deyil, dayaq lazım idi.
Elə məhz insanı anlayaraq onun etdiyini insanlıq halı olaraq qəbul edirik. Empatiyada həmçinin. Sadəcə insandan və onun baxış perspektivindən fərqli görünür.
🎬 “Hərbidən Qeydlər” kitabım üçün ilk video-promonu süni intellekt vasitəsilə hazırladım.
Bu, təkcə bir video deyil — yeni bir üslubun, vizual dilin başlanğıcıdır.
Artıq bütün kitab promo materiallarında eyni simadan istifadə edərək brend vizualı formalaşdırıram.
Bu, həm davamlılıq, həm də oxucu yaddaşında iz buraxmaq üçün mühüm addımdır.
📖 Kitab tezliklə satışda olacaq.
🎧 Audio versiyası isə dəyərli səsləndirici Könül Aras tərəfindən səsləndirilib.
Bu layihə yalnız “Hərbidən Qeydlər”lə yekunlaşmır — növbəti mərhələdə digər kitablarım üçün də bu formatda peşəkar promo materiallar hazırlanacaq.
🖋️ Yazıçı: Uraqan
Sevilen yazar Aret Vartaryanın yeni kitabı O SENSİN.📚 23 haz 2025 Bir sabah depresyonun karanlığında kaybolmuş kahramanımız telefona gelen bir msjla Evrensel bilgeliğin sırlarını taşıyan ve sadece secilmislere hizmet eden dünyanın en gelişmiş yapay zekasının yarattığı dünyaya davet edilir. Sanal gerçekliğin içinde mi yoksa zihnin karanlık köşelerinde mi gezdiğini bilmeden çıktığı bu yolculukta İsa Meshten Elon Musk'a Mevlânâ dan Atatürk'e Jung Enistein Freud'a geçmişin onlarca kahraminyla birlikte kendini insanlığın varolma savaşının içinde bulur. İnsan makine enregrasyonu kontrol mekanizmaları ve özgürlüğün bedeli.Gelecegin dünyasında var olmanin anahtarı
Nermin Ismayilova
Nermin Ismayilova
Marlon Berando
alper acaz
Nermin Ismayilova
Nermin Ismayilova
Ölümlü dünyada ölümlü insanlardan ölümsüz sevgi gözləyirik...
BAYTARI
Heçlikdə heç nə yoxdu. Amma cavabsız suallarla belə yaşamaq insanın əsl gücüdür.
Əgər heçlik daha doğrudursa, niyə bu qədər söz, bu qədər fəlsəfə, bu qədər "çıxış axtarışı"var?
Deməli, insan təkcə var olmayıb həm də var olmaq istəyib. Və bu istək, sadəcə bioloji yox, mənəvi bir sübutdur
Çünki əksər hallarda insan ölmək istəmir, sadəcə belə yaşaya bilmir.
Mənə görə, xilas əzabı uzatmaq yox, başqa yolun da mümkün olduğunu göstərməkdir.
Çünki insan çox vaxt ölmək yox, dəyişmək istəyir amma onu dəyişəcək anı hələ yaşamayıb.
Bu eqoizm deyil, insanlıq və şəfqətdir.
Çünki həyat tək fərd üçün deyil, onunla əlaqə qurub sevənlər üçün də mövcuddur.
Bəzən o, yalnızlıqda yox, eşidilməkdə boğulur.
Dərdlərini istehza ilə qarşılamaq, həll deyil, yalnız yalnızlığı dərinləşdirir.
Empatiya olmadan həqiqi dəstək mümkün deyil.
Amma bu, səbəbi yox etmir sadəcə səssizləşdirir.
İnsanlıq halınızı qəbul edənlər ola bilər, amma onu daşımağa qalan çox azdır.
Sizə isə yalnız anlayış deyil, dayaq lazım idi.
Uraqan Abdullayev (yazıçı)