Sən uşaq deyilsən ki, dəymə-düşər olasan,
Hər şirin oxşamaya, vədlərə aldanasan...
Sən uşaq deyilsən ki, heyrətin böyük ola,
Evcik yapdığım yerdə bir ovuc şüşə qala
Sınmış bir ürək kimi...
Sən uşaq deyilsən ki, söyləyim ki, məhəbbət
Insan ömrü üçündür su kimi, çörək kimi,
Sığınıbdır vüqarım, sevgim, qeyrətim sənə,
Eh, mən də lap uşağam;
Sən uşaq deyilsən ki, sevgi öyrədim sənə...
Nermin Ismayilova

~Uraqan Abdullayev