#Səssizsətirlər
Yoxluğun Qaldığı Yerdə
"Bəzən bir insan getməz… amma onun yoxluğu qapını bağlayar."
+ Mən səni itirdiyim günü xatırlamıram.
– Çünki itkilər səssiz gəlir… əvəlcə səsin azalır, sonra nəfəsin.
+ Amma sən heç “gedirəm” demədin.
– Çünki bəzi gedişlər səssiz, bəhanəsiz olur. Sadəcə... yoxluq qalır.
+Gözlərin qapını keçmədi, amma baxışların məni tərk etdi.
– İnsan əvvəl ruhdan gedir. Bədəni sadəcə sonra yola düşür.
+Səninlə yaşadığım xatirələr indi divarlara toxunur... səsin zehnimdə dolaşır.
– Mən artıq bu evin içində yox, səssizliyində varam.
+Niyə danışmadıq, niyə izah etmədik?
– Bəzən sözlər acizdir. Biz susmağı seçdik, çünki danışsaydıq, daha çox parçalanacaqdıq.
+ İndi hər şey yerindədir… amma heç nə əvvəlki kimi deyil.
– Çünki mən getmədim… amma yoxluğum yerə oturdu...
Post image