#Səssizsətirlər
İstidə Soyumayan Vicdan
— Mən çörək oğurlamadım...
— Bəs nə etdin?
— Bir yay günündə, susuzluğum aclıqla qarışanda, nəfəs ala bilmədiyim çarəsizliyə əl uzatdım.
— Sən öz iradənlə qərar verdin.
— Əgər insan istidən yanırsa, kölgəni seçməsi günah sayılırmı?
— Amma qanun deyir ki, oğurluq oğurluqdur.
— Bəs qanun heç istidə bir övladın gözlərinə baxıb susuzluq çəkibmi?
— Sən hələ də özünü haqlı sayırsan?
— Mən yalnız yaşamaq istədim… çünki aclığın hökm sürdüyü bir yayda, mənə yalnız bir dilim çörək qədər həyat lazım idi.
— Bəs vicdanın nə deyir?
— Deyir ki, azad iradə — seçimin olduğu anda doğulur...

Bəzən yayda nəfəs almaq belə günah sayılırsa,
azadlıq yalnız kölgədə yazılmış bir yalandır...

~𝑺𝑰𝑴𝑼𝑹𝑸
Post image