Sükut bəzən səslərin daşıya bilmədiyi həqiqətləri yığır içinə. O, gözlə görünməyən, lakin hiss olunan bir məkandır — zəkanın içindəki zərif körpülər kimi. Hər başlanğıc bir cümlə kimidir: qurulur, davam edir, amma bəzən yarımçıq qalır. Baxmayaraq ki, təməl düşüncəylə atılıb, üst qatları ehtimallarla, duyğularla, çırpınan tərəddüdlərlə dolur.Zamanla bu körpülər sarsılır. Bəzilərinin dayaqları heç qurulmadan sıraya düzülür, bəziləri isə öz yükünü daşımaq iqtidarında deyil. Nə qədər səliqə ilə işlənmiş görünürsə-görünsün, boşluq daşıyan fikirlər sonda çökür.
Dərinləşdikcə, hər şey daha aydın olur. Səbəbsiz görünən sükunətin içində qəribə bir nizam gizlənir. Təfəkkür yalnız mövcud fikirlərlə deyil, onların arasında qalan səssiz yerlərlə formalaşır.
Nermin Ismayilova
Təfəkkürün Qüsurlu Körpüsü