Russiaru

Yeşil yapraklardaki çiğ taneleri her zamankinden parlak, hafif esintinin dallarda çıkardığı hışırtının ezgisi daha tatlı, gökyüzü bile daha mavi daha ışıklıydı sanki! İşte kendi içinizdeki duygu ve düşünceler dış evrenin görünüşü üzerinde bile bu derece etkili olur. Doğaya ve insanlara bakıp bakıp da her şeyi karanlık ve kasvetli gören insanlar haklıdır. Ne var ki bu karanlık ve kasvet onların kendi tasalı ruhlarının ve görüşlerinin rengini yansıtır. Gerçek renkler inceliklidir. Seçebilmek için daha açık bir görüş ister.

Charles Dickens - “Oliver Twist”
Məktəb illərində - səkkiz il əvvələ qədər - vətən, bayraq və azadlıq mövzularında yazdığımız bütün inşalar eyni cümlə ilə bitirdi:
“O gün olsun ki, bayrağımız Şuşada, Laçında, Kəlbəcərdə - Qarabağda dalğalansın.”
Ağlımız kəsəndən bu sözlər qəlbimizə müqəddəs bir arzu kimi yazılmışdı.
Və budur, artıq beş ildir ki, o arzu gerçəkdir…
Bayrağımız Qarabağda dalğalanır! 🇦🇿

Daim ucalasan savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm!
Post image
Bazen tatlı bir müzik nağmesi, sessiz bir yerdeki su şıpırtısı, bir çiçek kokusu ya da tanıdık bir söz insanın hayalinde ansızın silik bir anı uyandırıverir ki bir soluk gibi uçup giden bu anı, sanki yaşadığımız hayattan değildir de kendimizi ne kadar zorlasak asla anımsayamayacağımız, çok eski, çok daha mutlu bir başka hayattan bize yadigâr kalmıştır.

Charles Dickens - “Oliver Twist”
“Beş il...”
Beş il keçdi Zəfərin sükutundan.
Bayrağımız dalğalanır, amma bəzi evlərin çırağı sönüb.
O evlərdə analar həm qürur, həm kədər daşıyır,atasız böyüyən körpələrsə hər gün atalarının şəklinə baxaraq böyüyür.Qarabağı qaytarmaq, əti dırnaqdan ayırmaq qədər ağrılı idi.O ağrını bu xalq yaşadı, amma ən çox da analar yaşadı.Çünki torpağı geri almaq, bir övladı torpağa verməklə başladı.Bəziləri Zəfəri sevinclə qeyd edir,bəziləri isə o günün səhərini belə görməyən oğullarını düşünür.Vətən onlara ata olmadı…amma bəlkə də bir gün, böyüyəndə,onlar ataları kimi Vətən uğrunda döyüşmək
istəyəcəklər.Zəfər yalnız qələbə deyil ,bir xalqın ağrısını qürura çevirməsinin adıdır.Bu torpağın hər zərrəsində şəhid nəfəsi,hər baxışında səssiz bir and var...Ona görə bu Vətən əbədidir.

~𝑺𝑰𝑴𝑼𝑹𝑸
Uşaqlar olmasa bu dünya necə olardı heç düşünmək belə istəmir insan...
Rəvayətlər. Daşa dönən qız
Müəllif: Şifahi xalq ədəbiyyatı

Belə rəvayət edirlər ki, bir kənddə gözəl-göyçək bir qız varmış. O, kasıb bir kəndlinin qızıymış. Həmin kasıb kişi də qızını böyüdür, bir kişinin oğluna nişanlayır. Özü də gözləyir ki, payız gəlsin, azdan-çoxdan yır-yığış eləyib qızını köçürsün.

Amma bu kəndin bir zalım kəntdası varmış. Kəntda biləndə ki, belə gözəl-göyçək qız kasıbın birinə gedir, heç özünə sığışdırmır. Götür-qoy eləyir ki, gərək belə bir qızı kəntda ala.

Günlərin bir günü qız bulaqdan su gətirəndə kəntda onu qaçırmaq istəyir. Qız onun əlindən çıxıb dağlara üz tutur. Ona görə Allaha yalvarıb deyir: “Bu zalım ağaya arvad olmaqdan, ölüm yaxşıdı”. Əfsanəyə görə, Allah qızın yalvarışını eşidib onu daşa döndərir.

Bəs siz bunu bilirdinizmi❓
Post image