#Səssizsətirlər
“Tərk edilmiş məktub”
+ Bu kimindir?
– Bilmirəm… masanın üstündə idi.
+Açmısan?
– Yox. Amma cırılıb kənarından… sanki biri yazıb, sonra verməkdən imtina edib.
+Yazısı titrəkdi… bax… “Səni gözlədim. Gəlsəydin, bu məktub olmayacaqdı.”
– Davamı var… “Amma gəlmədin. Mən də getdim.”
+Bitib?
– Yox... Axırda bu yazılıb: “Oxusan, sus. Oxumasan, məni heç tanımamısan.”
+ Tanıyıram…
– Amma o indi tanımır səni.

Və məktub, kimin oxuduğu bilinmədən, küləkdə uçub getdi… sanki heç vaxt yazılmamış kimi...


"𝑺𝑰𝑴𝑼𝑹𝑸"
Post image