Bu gecə tez yatmışdım,
bir az da hüznlü.
Gözəl yuxular görmədim.
Bəlkə də, görmüşəm, yadıma gəlmir.

Və birdən oyandım,
eləcə durdum.
Gördüm mən səni hələ də sevirəm.
Hələ də yalansız sevirəm səni.
Qayğısız fılansız sevirəm səni.
Zamanlı zamansız sevirəm səni.

Hə bir də
arxası üstə uzanıb yenə,
bütün şəkillərinə baxdım.
Güldüm... güldüm... güldüm...