✨Əsl xoşbəxtlik ✨
Yaşadiğim hər şeyden nəticə çıxararaq deyə bilərəm ki əsl xoşbəxtlik sadəcə anın içində gizlidir. Əsl xoşbəxtlik möcüzələrə inanmaq, duaları göy üzünə göndərib cavablarına yer üzündə rast gələcəyini gözləməkdir. Əsl xoşbəxtlik ümid ,içində sönməyən bir məşəl yandırmaqdır. Hər kəs xoşbəxtliyi nədəsə axtarır. Dünyada xoşbəxt olan çox az insan var. Hamı elə bilir ki,maşin alanda ,bahalı ev alanda , böyük bir işə sahib olanda ,və ya evlənəndə xoşbəxt olur. Ama heç kim xoşbəxtliyin qısa bir an olduğunu və bu anın insanın özündə gizli olduğunu bilmir. Xoşbəxtliyi axtarmaq deyil yaşamaq anın fərqinə varmaq lazım. Bir gün xoşbəxt olacağini gözləyirsənsə ,yanılırsan ,əslində bu gün də keçmişin gələcəyi deyilmi? Sən bu gün xoşbəxt olmalısan . Çünki ne keçmiş var nə də gələcək sadəcə indi yaşadığın anı dəyərləndir. Xoşbəxt ol əzizim.
"SİRİUS"
Post image