✨#Səssizsətirlər
İstidə Soyumayan Vicdan
— Mən çörək oğurlamadım...
— Bəs nə etdin?
— Bir yay günündə, susuzluğum aclıqla qarışanda, nəfəs ala bilmədiyim çarəsizliyə əl uzatdım.
— Sən öz iradənlə qərar verdin.
— Əgər insan istidən yanırsa, kölgəni seçməsi günah sayılırmı?
— Amma qanun deyir ki, oğurluq oğurluqdur.
— Bəs qanun heç istidə bir övladın gözlərinə baxıb susuzluq çəkibmi?
— Sən hələ də özünü haqlı sayırsan?
— Mən yalnız yaşamaq istədim… çünki aclığın hökm sürdüyü bir yayda, mənə yalnız bir dilim çörək qədər həyat lazım idi.
— Bəs vicdanın nə deyir?
— Deyir ki, azad iradə — seçimin olduğu anda doğulur...
Bəzən yayda nəfəs almaq belə günah sayılırsa,
azadlıq yalnız kölgədə yazılmış bir yalandır...
~𝑺𝑰𝑴𝑼𝑹𝑸

onda niyə bəziləri eyni genlərlə zülm edir, digərləri isə qarşı çıxır?
onda demək ki, təkamül yox, seçim də bu hekayədə söz sahibidir.
onda eyni qanı daşıyan biri niyə öz genlərinə yox, öz yoluna sadiq qalır?
bəs niyə bəziləri böyüdükcə incitməyə deyil, anlamağa meyil edir?
niyə bəziləri yaşamaq bahasına belə doğru bildiyindən dönmür?
onda niyə bəziləri yaşamaq şansını rədd edib doğru bildiyi yolda ölür?
deməli azadlıq, o sistemin belə nəzarət edə bilmədiyi yeganə həqiqətdir.
bəs niyə bütün inkişaflar, sistemə qarşı çıxanların sayəsində baş verdi?
mən isə şüur varsa, təkcə yaşamaq yetməz deyirəm.
elə bu özü azad iradənin varlığına ən güclü sübutdur.
ehtiyaclar qarşısında seçim edə bilmədiyinə inanmaqdır.
amma elə bu kədər azadlığın insana verdiyi ən insani hissdir.
amma təhlükəsizlik uğrunda mənanı itirmək yaşamaq deyil, sadəcə mövcud olmaqdır.
sadəcə hiss etmədən var olmaqdır.Yəni nə üçün yaşadığını bilmədən yaşamaq.
Giriş Yap yorum yazmak için