Maraq bitən anda çarmıx ortaya çıxır. Bəzən insanlar sevdikləri üçün deyil, işlərinə yaradıqları üçün qoruyurlar. Müdrik olan, qollarını açmazdan əvvəl çarmıxın kölgəsini sezəndir.
insanlar əslində birbirlərinə faydacılıq nəzəriyyəsi ilə bağ qururlar. nə qədər çox fayda verirsən o qədər suni şəkildə sevilir və o qədər də çarmağı səndən saxlayırlar. O ki artıq qreqor zamza kimi çevrilmə yaşayırsan faydasızlıq ucbatından o zaman hərkəs sənin o çarmaxa gərilməndən həzz duyar.
Bəli, çarmıxı gizlədirlər... Amma unudurlar ki, o çarmıx yalnız qollarını açanlara vurulur. Mən də paylaşımda elə bunu nəzərdə tutmuşdum– qollarınızı hər kəsə açmayın. Çünki gizli çarmıx, açıq qolları gözləyir.
bilirsiniz necə, bəzi insanlar üzülürlər yalnızlıqdan, hayqırış edirlər şikayətlənirlər. amma özündə heçbir təkmil prosesi etmir bu insan, heç kəsin marağına az da olsa fayda təşkil etmir. daha çox insanlardan özünə faydacılıq gözləyir amma insanlar bunu çox az edəcəkdirlər.
hətta bir növ o çarmağa gərilməklə insanların tamaşa marağına fayda verirsən. həyatda bütün əməllərimiz pislik yaxud yaxşılıq, və yaxud bir eyleme geçmək hamısı maraqdan ibarətdir. əslində fərqinə varmadan bunu təkamülümüz də bizə sövq edə bilər və paxıllıq hissi de burdan qaynaqlanır.
ona görə də fərd özünü daim inkişafda saxlamalı və əlaqə qurduğu insanla həm fayda alıb fayda verməlidir. bir növ sözlü müqavilələr kimi qazan + qazan prinsipi olmalı. əks təqdirdə insan yalnızlığa qərq olursa və bundan gileylənirsə suç onu tənhalığa qərd edənlərdə yox o fərdin özündə olur.
Elədir, əlaqələr sözlü müqavilə kimi deyil, davranışlarla təsdiqlənməlidir. Fayda vermək və almaq tarazlığı pozulanda, tək qalmaq qaçılmaz olur ,amma ən böyük məsuliyyət həmişə özü ilədir.
Kibrit çöpü kimi — özü yanmadan başqasını işıqlandıra bilməz. Amma əgər heç yanmırsa, qaranlıqda sadəcə itir. İnsan da elədir: fayda gözləyirsə, əvvəl özü alışmalıdır.
Giriş Yap yorum yazmak için