Gözümdən illərin qəmin yağış yuyanda bax mənə,
Üzümdən ayrılıq tozun külək siləndə gör məni.
Ümidimin məzarına çiçək qoyanda bax mənə,
Xəyalın ilə hər gecə deyib-güləndə gör məni.
Qayıt vidalaşım gedim, qayıt halallıq istə, gəl,
Ərinmə indi gəl, ya da olanda mən can üstə, gəl.
Əgər bəyənməsən belə, get onda son nəfəsdə gəl,
Öləndə çox gözəlləşir adam, öləndə gör məni.
Gərək təzadlı ayrılaq, gələndə get, gedəndə gəl,
Səni kədərli könlümün nəvası incidəndə gəl.
İşıq ləçəkləriylə gün üzündə rəqs edəndə gəl,
Gəl, ey gülüzlü dilbərim, bahar gələndə gör məni...
- Pünhan Azim

Giriş Yap yorum yazmak için