Rəvayətlər. Daşa dönən qız
Müəllif: Şifahi xalq ədəbiyyatı

Belə rəvayət edirlər ki, bir kənddə gözəl-göyçək bir qız varmış. O, kasıb bir kəndlinin qızıymış. Həmin kasıb kişi də qızını böyüdür, bir kişinin oğluna nişanlayır. Özü də gözləyir ki, payız gəlsin, azdan-çoxdan yır-yığış eləyib qızını köçürsün.

Amma bu kəndin bir zalım kəntdası varmış. Kəntda biləndə ki, belə gözəl-göyçək qız kasıbın birinə gedir, heç özünə sığışdırmır. Götür-qoy eləyir ki, gərək belə bir qızı kəntda ala.

Günlərin bir günü qız bulaqdan su gətirəndə kəntda onu qaçırmaq istəyir. Qız onun əlindən çıxıb dağlara üz tutur. Ona görə Allaha yalvarıb deyir: “Bu zalım ağaya arvad olmaqdan, ölüm yaxşıdı”. Əfsanəyə görə, Allah qızın yalvarışını eşidib onu daşa döndərir.

Bəs siz bunu bilirdinizmi❓
Post image