Vəfa Hafiz Şair deyir ki, Soruşdum: "Gözlərin niyə qəmlidi?" "Sənin xəyalınla yatmışam" - dedi, Saçların şəbnəmli, gül ətirlidi, "Çəmən şehlərinə batmışam" - dedi. Mən ona göz dikdim, o, uzaqlara, qoşuldu durnalı bəyaz qatara, dedim: "Gəl aparım səni dağlara", "Mən də o niyyəti tutmuşam" - dedi. Könlündən duyduğum xoş arzulardı, sevinci hüdudsuz, istəkli yardı!, Qəlbində təlaşlı pıçıltı vardı: "Səninlə arzuma çatmışam"- dedi. Ömrümə gəlmişdi sevdalı yazdan, əsər yox məndəki solğun payızdan, bir alma istədim qubalı qızdan: "Saralır, xarala atmışam" - dedi. Vahid Əziz - Bir alma istədim qubalı qızdan 2 0 0 2
Vəfa Hafiz
Soruşdum: "Gözlərin niyə qəmlidi?"
"Sənin xəyalınla yatmışam" - dedi,
Saçların şəbnəmli, gül ətirlidi,
"Çəmən şehlərinə batmışam" - dedi.
Mən ona göz dikdim, o, uzaqlara,
qoşuldu durnalı bəyaz qatara,
dedim: "Gəl aparım səni dağlara",
"Mən də o niyyəti tutmuşam" - dedi.
Könlündən duyduğum xoş arzulardı,
sevinci hüdudsuz, istəkli yardı!,
Qəlbində təlaşlı pıçıltı vardı:
"Səninlə arzuma çatmışam"- dedi.
Ömrümə gəlmişdi sevdalı yazdan,
əsər yox məndəki solğun payızdan,
bir alma istədim qubalı qızdan:
"Saralır, xarala atmışam" - dedi.
Vahid Əziz - Bir alma istədim qubalı qızdan