#Səssizsətirlər
"Arxadan Gələn Bıçaq"

+Bilirsən, insanı ən çox kim incidir? Ən yaxın bildiyi, ən çox güvəndiyi, ürəyini açdığı insan… Çünki yalnız ona arxanı qorxmadan çevirirsən. Və bıçaq da həmişə arxadan gəlir.

— Mən səni incitmək istəmədim… . Sadəcə, getməyindən qorxdum. Sən qalasan deyə bəzən çox sıxdım, bəlkə də boğdum… Amma inan, niyyətim həmişə yaxşı idi.

+ Bəzən yaxşı niyyət kifayət eləmir. Bağladığın ipin adı sevgi olsa da, o ip boğaza çevriləndə nəfəs kəsilir. Və sən heç vaxt soruşmadın: “Ağrıyırmı?”deyə

— Mən elə bildim, susursansa, razısan…

+ Susmaq həmişə razılıq deyil. Bəzən sevdiyin üçün dözməkdir. Bəzən qorxduğun üçün… Amma bil… Dözüm də bir gün tükənir.



"𝑺𝑰𝑴𝑼𝑹𝑸"
Post image