Nermin Ismayilova Bu dünyada əbədilik nə var ki, Ömür kimi hər şey gəldi-gedərmiş. Nə sevginin günahı var, nə bizim, Bu sevgınin ömrü bura qədərdi. Məcnun ahı, leylinin göz yaşları Nə biləydik əfsanəymiş, hədərmiş. Qəm eyləmə, hər yolun bir sonu var. Bu sevginin ömrü bura qədərmiş. Gülə-gülə başlamışdıq bu eşqi Axırında göz yaşıymış, kədərmiş. Məhəbbətin payız fəsli var imiş, Bu sevginin ömrü bura qədərmiş. Ayrılıq xatirələr içində, Bu ayrılıq ölümdən də betərmiş, Təsəllimiz bu olacaq, sevgilim, Bu sevginin ömrü bura qədərmiş. Nüsrət Kəsəmənli📚 1 0 0 1
Nermin Ismayilova
Ömür kimi hər şey gəldi-gedərmiş.
Nə sevginin günahı var, nə bizim,
Bu sevgınin ömrü bura qədərdi.
Məcnun ahı, leylinin göz yaşları
Nə biləydik əfsanəymiş, hədərmiş.
Qəm eyləmə, hər yolun bir sonu var.
Bu sevginin ömrü bura qədərmiş.
Gülə-gülə başlamışdıq bu eşqi
Axırında göz yaşıymış, kədərmiş.
Məhəbbətin payız fəsli var imiş,
Bu sevginin ömrü bura qədərmiş.
Ayrılıq xatirələr içində,
Bu ayrılıq ölümdən də betərmiş,
Təsəllimiz bu olacaq, sevgilim,
Bu sevginin ömrü bura qədərmiş.
Nüsrət Kəsəmənli📚