əslində insan maraqlarının bir növ qarşılıqlı olmasından bəhs edir məncə kitab. Zamza işləyirdi və ailəsinə rahat bir həyat verirdi. və ailəsinin ondan olan maraqlarını bir növ təmin edilirdi deyə zamza ailəsinə görə sevimli birisi idi. amma əksi baş verdikde artiq ailesinin ondan maragini tuketmisd
Zamza dəyişmədi… sadəcə artıq onlara lazım deyildi. Kafka göstərdi ki, bəzən bizi sevmirlər bizdən faydalanırlar. İşə yaramadığın anda isə sənin yoxluğun, varlığından daha rahat olur. Çünki bəzi sevgilər, əslində ehtiyacın başqa adıdır.
əgər zamzanın faciəli hekayəsinə real həyata köçürsək necə olardı? nə qədər nisbətlikdə bu özünü doğru çıxarardı? bir ailədə iki övladdan biri fayda verən biri faydasız olarsa. o zaman faydasız olan da çevrilmə yaşaya bilərdi mi? məncə müəyyən nöqtədə bəli həqiqətən fərq kəskin şəkildə qoyulardı.
Elə mən də bunu düşünürdüm... Bəzən insan çevrilmir, sadəcə artıq görünməməyə başlayır. Ailənin içində fayda anlayışı dəyərin yerini tutanda, “faydasız” sayılanlar səssizcə yox olur. Və fərq bir dəfə qoyulduqda, heç nə əvvəlki kimi qalmır.
BAYTARI