Vəfa Hafiz Sənə güllər yaraşır; Mən də getdim çiçək aldım ki, taxarsan yaxana. Sənə güllər yaraşır; Xoşdur ətrin duyan insanlara, rəngin baxana. Sənə gülmək yaraşır; Gül mənim halıma, hər dəfə gül açsın yanağın. Sənə gülmək yaraşır; Uçurar sevgimizin körpüsünü ağlamağın. Sənə sevmək yaraşır; Sanki bir mənzərədir sevgi, çəkirsən ürəyə. Sənə sevmək yaraşır; Sən ki, insanları sevdikdə, dönürsən mələyə. Sənə cənnət yaraşır; Elə cənnət gülü şəklində düşürsən şəkilə. Sənə cənnət yaraşır; Ay üzündən çəkinə, gün qabağından çəkilə. Sənə hər şey yaraşır; Şal da taxsan yaraşır, al da geyinsən yaraşır. Nə yaraşmır ki sənə?.. Pünhan Azim 1 0 0 1
Vəfa Hafiz
Mən də getdim çiçək aldım ki, taxarsan yaxana.
Sənə güllər yaraşır;
Xoşdur ətrin duyan insanlara, rəngin baxana.
Sənə gülmək yaraşır;
Gül mənim halıma, hər dəfə gül açsın yanağın.
Sənə gülmək yaraşır;
Uçurar sevgimizin körpüsünü ağlamağın.
Sənə sevmək yaraşır;
Sanki bir mənzərədir sevgi, çəkirsən ürəyə.
Sənə sevmək yaraşır;
Sən ki, insanları sevdikdə, dönürsən mələyə.
Sənə cənnət yaraşır;
Elə cənnət gülü şəklində düşürsən şəkilə.
Sənə cənnət yaraşır;
Ay üzündən çəkinə, gün qabağından çəkilə.
Sənə hər şey yaraşır;
Şal da taxsan yaraşır, al da geyinsən yaraşır.
Nə yaraşmır ki sənə?..
Pünhan Azim