Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Əsl Azərbaycan Sözləri Və Alınma Sözlər

Əsl Azərbaycan Sözləri Və Alınma Sözlər

1 320
Əsl Azərbaycan Sözləri Və Alınma Sözlər
Dilimizdə olan sözlər iki yerə bölünür: əsl Azərbaycan sözləri və alınma sözlər.

Əsl Azərbaycan sözlərinə daxildir:
  • fellər,
  • kökü fel olan sözlər
  • saylar (istisna: həştad, milyon, milyard, trilyon)
  • əvəzliklər
  • qohum-əqrəba adları
  • bədən üzvləri
  • sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilən sözlər.

Alınma sözlərə daxildir:
r səsi ilə başlayan, tərkibində j səsi olan, sonu q və k samiti ilə bitib tələffüzdə ğ və y samitinə çevrilməyən, qoşa samitlə başlayıb qoşa samitlə qurtaran, ön şəkilçi qəbul edən (istisna: nadinc, nakişi), tərkibində üç samit yanaşı işlənən, elm, təhsil və ilahiyyatla bağlı olan sözlər.

Alınma sözləri iki qrupa ayırmaq olar:
1) ərəb-fars dillərindən alınan sözlər: qanun, hökm, şüur, müalicə, sahib
2) Avropa dillərindən alınan sözlər: traktor, tramvay, velosiped, respublika, demokratiya
Dilimizdəki alınma sözlərin bir qismi dünya dillərinin çoxunda işlədilir ki, bunlar beynəlmiləl sözlər adlanır: parlament, deputat, firma, fonetika.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz