Azərbaycancaaz
Mir.az » Bilgi » Azərbaycan Dili » Mürəkkəb Sözlər

Mürəkkəb Sözlər

3 147
Mürəkkəb Sözlər
Söz yaradıcılığının digər mühüm bir vasitəsi iki və daha artıq sözün birləşməsi ilə yeni mənalı sözlərin əmələ gəlməsidir. Bu yolla yaranan sözlər mürəkkəb sözlər adlanır.

Mürəkkəb sözlər müxtəlif yollarla əmələ gəlir:
1) İki müxtəlif mənalı sözün birləşməsi ilə: baramaqurdu, ayaqqabı, yarımada, suiti;
2) Yaxın mənalı sözlərin birləşməsi ilə: oğul-uşaq, qoyun-quzu, qapı-pəncərə, toyuq-cücə;
3) Antonim sözlərin birləşməsi ilə:gecə-gündüz, böyük-kiçik, tez-gec, az-çox;
4) Eyni sözün təkrarı ilə: səhər-səhər, üz-üzə, birdən-birə, yavaş-yavaş.

Yazılışına görə mürəkkəb sözlər iki cür olur:
1) Bitişik yazılanlar;
2) Defislə yazılanlar.

Bitişik yazılanlar:
1) İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər: istiot, günəbaxan, bağayarpağı, itburnu və s.
1) Məcazi mənalı iki sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər: üzüyola, suyuşirin, gözucu və s.

Defislə yazılananlar:
1) Eyni sözün təkrarından əmələ gələnlər: yastı-yastı, topa-topa, başdan-başa, gündən-günə;
2) Yaxın mənalı və ya antonim sözlərdən əmələ gələnlər: dəftər-kitab, taxta-şalban, gəliş-gediş, isti-soyuq;
3) Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərdən əmələ gələnlər: kağız-kuğuz, əzik-üzük, bəzək-düzək, çör-çöp;
4) Əvvəlinci hissəsi qeyri sözündən ibarət olanlar: qeyri-adi, qeyri-müəyyən, qeyri-dəqiq və s.

Şərhlər 0

Şərh edin
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz