Françaisfr
Mir.az » Mir.az-a Dəstək üçün ianə edin!

Mir.az-a Dəstək üçün ianə edin!

Hörmətli Mir.az kitab istifadəçiləri

Biz mir.az kollektivi olaraq sizlərlə pulsuz olaraq paylaşdığımız kitablara olan təlabatın bu qədər artmasından məmnunuq. Dəstəyiniz sayəsində beş fərqli dildə yayımlanan sayta çevrilmişik və günü-gündən böyüyürük.

Bununla belə, böyümə ilə birlikdə xərclər də artır və saytı açıq saxlamaqda çətinlik çəkdiyimiz bir nöqtəyə gəldik. Ona görə də sizdən kömək istəməyə məcburuq

Saytımızın aktiv qala bilməsi  üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir.

Bizim üçün ən önəmlisi kitabların onları oxuyan hər kəs üçün əlçatan olmasıdır. Bu səbəbdən kitablarımızı sizlərlə pulsuz olaraq paylaşmağa davam edəcəyik. Bununla belə, saytımızı qorumaq üçün sizin maliyyə dəstəyinizə ehtiyacımız var.

İanələriniz sayəsində mir.az kitab böyüyəcək və daha çox insana xidmət göstərəcək. Sizin dəstəyinizlə biz daha çox kitab paylaşa və daha çox insana çata biləcəyik.

Bu səbəbdən sizdən dəstək istəyirik. Patreon hesabımıza ianə verməklə siz kitabların əlçatanlığını artıra və saytımızın davamlılığına töhfə verə bilərsiniz.

İanə etmək üçün buraya klikləyə bilərsiniz: https://www.patreon.com/mirazkitap

İanə edən istifadəçilər geri sayım müddətini gözləmədən yükləmə və saytı tamamilə reklamsız yükləyib istifadə etmək imkanı əldə edəcəklər.

Dəstəyiniz üçün əvvəlcədən təşəkkür edirik.

Hörmətlə,

mir.az komandası