PROLOQ
“Bəzən bir gəmi yalnız bir gəmi olmur...”Qaranlıq idi. Dənizin ortasında, ayın zəif işığı sulara səpələnmişdi. Dəniz sakit idi – sanki Tanrının özü belə nəfəsini saxlamışdı. Səssizlik içində bir səs gəldi... metalın qırılması kimi – uzaqdan, sanki dənizin bağrından gələn inilti...
Buzlu havada bir qadın çığırtısı eşidildi. Ardınca daha bir çığırtı. Qayıqlar suda yırğalanırdı, adamlar suyun içində çırpınır, göyə sarı əllər uzanırdı. Kimsə "Məni buraxma!" deyirdi. Kimsə dua edirdi. Kimsə sadəcə səssizcə batırdı. Bir zabit qayıqda ayağa qalxdı və əlindəki fənəri göyə tutdu.
Gözləri dolu idi. "Daha kim qaldı?!", — deyə qışqırdı. Cavab gəlmədi. Yalnız suda üzən taxta parçaları, əşyalar... və səssizlik. Bir neçə saat öncə bu insanlar gülür, musiqi dinləyir, həyatlarının
yeni səhifəsinə doğru irəliləyirdilər. İndi isə yalnız ulduzlar şahiddir onlara.