Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda Kulis.az internet dərgisinin baş redaktoru, gənc şair Ulucay Akifin “Gizlənqaç” adlı şeirlər kitabının təqdimatı və imza günü keçirilib.
Xalq şairi Ramiz Rövşənin “Özün öz yolunsan...” (“You Are Your Own Way”) adlı şeirlər kitabı “Mütərcim” nəşriyyat evi tərəfindən ingilis dilində çap edilib. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib.
Məşhur türk yazıçı Orhan Pamuk “45. Sedat Simavi Ödülleri” mərasimində ədəbiyyat mükafatı ilə təltif edilib. Məşhur türk yazıçı Orhan Pamuk ədəbiyyat mükafatına layiq görülüb. Bu mükafat ona “Vəba gecələri” romanına görə təqdim olunub.
Zəfərin izi ilə” kitabı ötən ayın ən çox satılan kitabları siyahısında yer alıb. “Zəfərin izi ilə” noyabr ayında ən çox satılan kitabların onluğuna daxil olub və yeddinci yerdə qərarlaşıb.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Madriddə işıq üzü görən “Yeddi gözəl” kitabının “Espacio Ronda” Mədəniyyət Mərkəzində təqdimat mərasimi keçirilib.