Azərbaycancaaz

Saytın qaydaları

Mir.az saytı (https://mir.az) (bundan sonra - Sayt).


Saytın Rəhbərliyi (bundan sonra Administrasiya) Mir.az Saytının hazırkı İstifadə qaydalarının mövzusu olan şərtlərlə Sizə xidmətlər təklif edir. Bununla əlaqədar hazırkı Qaydaların şərtlərini diqqətlə oxumalısınız.


1. Ümumi


1.1 Sayt olduğu kimi təqdim edilir, daha doğrusu İstifadəçiyə zəmanət verilmir ki:

— sayt məhz onun tələblərinə uyğun olacaq;

— xidmətlər fasiləsiz, sürətli, etibarlı və səhvlərsiz veriləcək;

— saytdan istifadə zamanı alınmış nəticələr dəqiq və etibarlı olacaq;

— saytdan istifadə zamanı alınmış hər hansı məhsulun, xidmətin, informasiyanın və başqa məzmunun keyfiyyəti onun gözlədiklərinə uyğun olacaq;

— saytın proqram təminatında olan bütün səhvlər düzəldiləcək.

1.2 Sayt daimi əlavələr və yeni funksional imkanların yaradılması mərhələsində olduğu üçün göstərilən xidmətlərin forma və xarakteri vaxtaşırı sizin bu barədə xəbərdarlığınız olmadan dəyişə bilər. Administrasiya şəxsi qərarı ilə xidmətin göstərilməsini (və ya xidmətlər çərçivəsində hər hansı ayrı funksiyaları) istifadəçilərə ilkin xəbərdarlıq etmədən (müvəqqəti və ya birdəfəlik) dayandırmaq hüququna malikdir.

1.3 Administrasiya səbəblərini izah etmədən, saytdan istənilən bölməni (xidməti) silmək və ya onlara girişi məhdudlaşdırmaq hüququna malikdir.

1.4 WAP/GPRS – trafik dəyəri, istifadəçinin abunəçisi olduğu müvafiq Mobil operator ilə təyin edilir.

1.5 Saytın Administrasiyası keyfiyyət və mobil əlaqənin sürəti üçün məsuliyyət daşımır. Əlaqə zamanı qeyri-sabitliklərə, əlaqənin sürətinə, həmçinin rabitə xidmətlərinin göstərilməsinə və ya hər hansı texniki suallara görə müvafiq Operatora müraciət etmək lazımdır.

1.6 Saytın qanunları icraya məcburidir və bu qanunları bilməmək məsuliyyətdən azad etmir.

1.7 İstifadəçi öz profilinin bütün hərəkətləri və fəaliyyəti üçün məsuliyyəti qanunun pozulma vaxtı profili kimin idarə etməsindən asılı olmayaraq şəxsən özü daşıyır.

2. Məsuliyyət

2.1 Saytda yerləşdirilmiş, istənilən digər sayta, məhsula, xidmətə, kommersiya və qeyri-kommersiya xarakterli istənilən məlumata olan istinad Rəhbərlik tərəfindən bu məhsulların (xidmətlərin) bəyənilməsi və ya məsləhət görülməsi demək deyil. Bu halda Administrasiya bu resursların mövcudluğu, onların məzmunu, həmçinin bu resurslardan və onların məzmunundan və ya reklamdan istifadə zamanı istənilən nəticələr üçün heç bir məsuliyyət daşımır

2.2 Saytda istifadəçilər tərəfindən dərc edilmiş informasiyanın və ya başqa materialların keyfiyyəti üçün və onların hamı tərəfindən qəbul edilmiş standartlara və ya istifadəçinin gözlədiklərinə uyğunsuzluğuna görə Administrasiya məsuliyyət daşımır.

2.3 İstənilən birbaşa və ya dolayı zərərə və ya itmiş mənfəətə görə, hətta əgər bu Saytdan istifadənin və ya istifadənin qeyri-mümkünlüyünün nəticəsi olsa belə Administrasiya məsuliyyət daşımır.

2.4 Saytın fəaliyyət sürətinə, keyfiyyətinə, güvənliyinə və ya fəaliyyət zamanı yaranmış müvəqqəti qəzalara və fasilələrə və o səbəbdən yaranmış məlumat itkisinə görə Administrasiya məsuliyyət daşımır.

2.5 İstifadəçi tərəfindən hazırkı qaydaların pozulmasına görə, həmçinin yuxarıda göstərilmiş hallar zamanı dəymiş ziyan və ya zərərlərə görə Administrasiya məsuliyyət daşımır.

3. Hüquqlar

3.1 Administrasiya İstifadəçi hesabına 6 ay ərzində daxil olmaqdıqda onu silmək hüququna malikdir.

3.2 Administrasiya İstifadəçi tərəfindən dərc edilən hazırkı qadağaları pozan istənilən informasiyanı xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.

3.3 Administrasiya İstifadəçi tərəfindən dərc edilən istənilən informasiyanı əgər bu informasiyanı Sayt üçün arzuolunmaz hesab edərsə xüsusi xəbərdarlıqsız dəyişdirmək və ya silmək hüququna malikdir.

3.4 Administrasiya Saytdan istifadə qaydalarının və ya Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması zamanı İstifadəçinin hesabını silmək və ya Saytın istənilən xidmətinə buraxılışını dayandırmaq hüququna malikdir.

3.5 Administrasiya İstifadəçinin Sayt və (və ya) onun digər istifadəçiləri üçün təhlükəli olduğunu düşünərsə və ya bunu aşkar edərsə onun hesabını silmək və ya Saytın istənilən xidmətinə buraxılışını dayandırmaq hüququna malikdir.

3.6 Administrasiya hazırkı Qaydalara uyğun həyata keçirilən müvəqqəti bloklaşdırmaya və ya məlumatın silinməsinə, və ya İstifadəçinin şəxsi hesabının silinməsinə görə, həmçinin bu cür hərəkətlə İstifadəçiyə dəymiş istənilən növ ziyana görə məsuliyyət daşımır.

3.7 Razılaşma (həmçinin onun hər hansı bəndi) heç bir xüsusi xəbərdarlıqsız Administrasiya tərəfindən dəyişdirilə bilər. Razılaşmanın yeni redaksiyası onun https://mir.az/rules.html ünvanında yerləşdirilməsi anından qüvvəyə minir.


4. Qadağandır

4.1 Saytda 1-dən artıq hesab yaratmaq qadağandır.

4.2 13 yaşına çatmamış şəxslərə hesab yaratmaq qadağandır.

4.3 Saytda xüsusi avtomatik vasitələrdən, proqram təminatından istifadə etmək qadağandır.

4.4 İstifadəçi adında qeyri-normativ leksikadan, təhqirlərdən istifadə etmək, həmçinin başqa internet-resurslara istinad edən, millətlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup istifadəçinin dinini təhqir edən adları qeyd etmək qadağandır

4.5 Saytın istifadəçilərini qorxutmaq, hədələmək və ya təqib etmək qadağandır.

4.6 Nifrət yaradan, təhdid, pornoqrafiya, çılpaq bədən təsvirləri, zorakılığ səhnələri və ya istənilən xoşagəlməz tərkibli materialların dərc edilməsi qadağandır.

4.7 Saytdan qanunsuz, çaşdırıcı, zərərverici və ya ayrıseçkilik tipli məqsədlər üçün istifadə etmək qadağandır.

4.8 Profildə yanlış şəxsi informasiya yerləşdirmək və ya icazəsiz başqa insan adından hesab yaratmaq qadağandır.

4.9 Hesabı blok olunmuş istifadəçiyə Administrasiyanın icazəsi olmadan yenidən hesab yaratmaq qadağandır.

4.10 Saytın istifadəçilərini qəsdlə çaşdırmaq üçün (Admin, Moderator, və s.) tipli niklərin qeydiyyatı, həmçinin başqa istifadəçilərin niklərinin klonlaşdırılması qadağandır.

4.11 Saytın Administrasiyasının, Moderatorların, başqa İstifadəçilərin və Saytdan kənar üçüncü şəxslərin şərəfini alçaltmaq və ləkələmək qadağandır.

4.12 Üstünlük əldə etmək və ya istənilən məqsəd üçün Saytda mövcud olan səhvlərdən və nasazlıqlardan istifadə etmək, həmçinin bu səhvlər barədə üçüncü şəxslərə məlumat vermək qadağandır.

4.13 İstənilən üsul, həmçinin yalançılıq, etibardan sui-istifadə, sındırma yolu ilə başqa istifadəçinin hesabına giriş əldə etməyə çalışmaq qadağandır.

4.14 Ədəbsiz sözlərdən istifadə, başqa istifadəçiləri açıq və ya gizli şəkildə təhqir etmək, millətlərarası və dinlərarası düşmənçiliyi qızışdıran, siyasətə toxunan, bir və ya bir qrup istifadəçinin dinini təhqir edən ifadələr qadağandır.

4.15 Saytın və onun xidmətlərinin və ya İstifadəçilərin şəxsi səhifələrinin normal fəaliyyətinin pozulmasına yönəldilmiş hərəkətlər qadağandır.

4.16 Öz profilini başqa İstifadəçilərə havayı və ya real pul qarşılığında vermək qadağandır.

4.17 Seksual xarakterli cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin Saytdan istifadə etməsi qadağandır.

4.18 Saytdan istifadə edərkən digər şəxslərin hüquqlarını və ya intellektual mülkiyyətini pozan materiallar yerləşdirmək qadağandır.

4.19 Saytda hər hansı bir kənar şəxsin şəxsiyyət vəsiqəsini, əlaqə vasitələrini, məxfi maliyyə informasiyasını həmin şəxsin və sayt Administrasiyasının icazəsi olmadan yerləşdirmək qadağandır.

4.20 Açıq-aydın və ya qismən Azərbaycan Respublikasının qanunlarını pozan istənilən hərəkət qadağandır..

4.21 İstifadəçilər arasında münaqişəyə təhrik edən istənilən hərəkətlər və ya materiallar yerləşdirmək qəti qadağandır.

4.22 Dövlətçilik əleyhinə yönəlmiş və onun müzakirəsinə təhrik edən istənilən növ fəaliyyət qəti qadağandır.

Son düzəliş: 25.11.2021 14:06